Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın səsləndirdiyi və Ermənistanda rezonansa səbəb olan “11 min fərari” rəqəminin doğru olduğu üzə çıxıb.

Bu məlumatı ölkənin Baş Prokurorluğu da təsdiqləyib.

Ermənistan Baş Prokurorluğunda Anna Akopyanın İkinci Qarabağ müharibəsi zamanı ER Silahlı Qüvvələrinin hərbçiləri və könüllüləri arasında 11 min fərari haqqında dediyi fikirlər şərh edilib.

Bildirilib ki, Azərbaycanda Vətən Müharibəsinin başladığı 2020-ci il sentyabrın 27-dən və hərbi vəziyyətin ləğv edildiyi 2021-ci il martın 24-dək fərarilik, hərbi xidmətdən yayınma və hərbi xidmətdən boyun qaçırma maddələri ilə 1786 cinayət işi açılıb. Bu işlər üzrə 10 687 nəfər müttəhim olub.

İbtidai istintaq mərhələsində bir sıra işlər birləşdirilib ki, hazırda onların sayı 226-dır. Hazırda 132, 180 və 444 nəfərə qarşı ittiham irəli sürülüb.

Bu barədə Sputnik Ermənistan xəbər verib.

143 şəxs barəsində 118 cinayət işi məhkəməyə verilmə mərhələsinə çatıb. Onlardan 64 təqsirləndirilən şəxs barəsində artıq məhkəmə tərəfindən 58 işə baxılıb, artıq müvafiq məhkəmə aktları da tərtib edilib. 79 nəfər barəsində digər 60 işə isə məhkəmədə baxılır.

***

Məlum olduğu kimi, Ermənistan ordusunun əksəriyyəti özgə torpaqları uğrunda döyüşmək istəmirdilər və özlərinə aid olmayan bölgəyə zorla gətirilirdilər. Bununla bağlı onlarla fakt da mövcud idi: ayaqlarını zəncirləməkdən tutmuş geri qaçanları güllələmək üçün əlisilahlı dəstələrə qədər... Buna görə də 11 min fərari ordusu yarandı...  Ermənistan isə bunu ört basdır etmək və torpaqlarımızı işğalda saxlamaq üçün Qarabağa xaricdən xeyli muzdlu gətirmişdi. Lakin bütün bunlara baxmayaraq, müzəffər və rəşadətli ordumuz qarşısında Ermənistan diz çökməyə məcbur oldu. Bu isə onlara revanşist hisslərə qapılanda yaddaş təzələmələrinə yardım edə bilər...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN