Rusiyaya qarşı sanksiyalara Qırğızıstan da qoşulacaqmı?

Tezadlar.az CNN-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Xarici və Beynəlxalq İnkişaf Departamentinin Sanksiyalar Direktorluğunun rəhbəri Devid Rid Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq etdiyi sanksiyalara əməl olunmasını müzakirə etmək üçün aprelin 26-dan 28-dək Qırğızıstanda dövlət səfərindədir. Səfər zamanı Rid yerli hakimiyyət orqanları və biznes qurumları ilə məsləhətləşmələr aparmağı və sanksiyalardan yayınma ilə mübarizədə Böyük Britaniya və Qırğızıstan arasında əməkdaşlıq imkanlarını müzakirə etməyi planlaşdırır. Bu barədə Böyük Britaniyanın Qırğızıstandakı səfirliyi də məlumat yayıb. Qırğızıstana səfər Rid üçün öz vəzifəsində ilk səfərdir. 
Böyük Britaniya beynəlxalq tərəfdaşları ilə birlikdə Rusiyanın Ukraynadakı müharibədə istifadə oluna biləcək texnologiya və maliyyə resurslarına çıxışını məhdudlaşdırmaq üçün indiyədək görünməmiş sanksiyalar tətbiq edib. Ridin Qırğızıstana səfərinin məqsədi bu sanksiyaların effektivliyini müzakirə etmək və sanksiyalardan yayınma ilə mübarizə yolları haqqında məlumat paylaşmaqdır. Böyük Britaniya sanksiyaya məruz qalan Britaniya mal və texnologiyalarının üçüncü ölkələr vasitəsilə Rusiya tərəfindən idxal oluna biləcəyi ehtimalından narahatdır və nümayəndə heyəti Qırğızıstandakı görüşləri zamanı bu məsələni müzakirə etmək niyyətindədir.

Beləliklə, Qırğızıstan seçim qarşısındadır: Azərbaycan atalar sözündə deyildiyi kimi, "Aşağı baxırıq-Rusiyadır, yuxarı baxırıq-Böyük Britaniya...".

Müharibə isə davam edir...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN