...Rusiya daha bir təzminat ödəməyə məcbur edilmə ilə üz-üzə qalıb...

Tezadlar.az Gürcüstan XİN-nin saytına istinadla bildiri ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2008-ci il müharibəsi ilə əlaqədar Rusiyanın təzminat olaraq Gürcüstana 129 milyon avro ödəməsi barədə öhtəlik irəli sürüb. Hansı ki, bu barədə məlumatlar və rəsmi qərar Strasburq məhkəməsi tərəfindən dərc edilib. Qərara əsasən, 2008-ci ildə Rusiya tərəfi Gürcüstana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində insanlara dəyən zərərə, onlara qarşı törədilən qanun pozuntularına və qeydə alınan tələfata görə, üç ay ərzində Gürcüstana təzminat ödəməli idi. Qərarda qeyd olunur ki, Rusiya 2008-ci il Avqust müharibəsi zamanı Gürcüstanın işğal altındakı Cənubi Osetiya bölgəsinin kəndlərində öldürülən mülki şəxslərə, “bufer zona”da evlərin qarət edilməsi, yandırılması, etnik gürcülərin məcburi saxlanılması və onlara qarşı yol verilmiş alçaldıcı davranışlara görə 3,25 milyon avro ödəməlidir. Məhkəmənin qərarına görə, Rusiya eyni zamanda Cənubi Osetiya qüvvələri tərəfindən qeyri-insani davranışlara, məcburi saxlanılmaya məruz qalmış azı 166 nəfərə dəymiş mənəvi zərərə görə isə 2 milyon 697 min 500 avro ödəməlidir.

 Bundan başqa Sxinvalidə Cənubi Osetiya qüvvələri tərəfindən müharibə əsirlərinə verilmiş işgəncələrə görə 640 000 avro ödəməlidir. Rusiya eyni zamanda Cənubi Osetiya və Abxaziyadakı evlərinə qayıtmalarına inzibati qaydada mane olunan gürcü əsilli 23 min nəfərə dəyən mənəvi zərərə görə isə Gürcüstana 115 milyon avro ödəməlidir. Bundan başqa, toqquşmaların aktiv mərhələsi zamanı baş vermiş ölümlərlə bağlı Gürcüstanın effektiv və adekvat təhqiqatlar aparmaq öhdəliyini yerinə yetirə bilməməsi səbəbi ilə mənəvi ziyan dəymiş 412 nəfərə görə isə 8 milyon 240 min avro ödənməlidir. Bildirilib ki, Rusiyanın 2022-ci ildə Avropa Şurasından çıxarılmasına və bu ölkənin məhkəmə ilə əməkdaşlıq etməməsinə baxmayaraq, məhkəmə Gürcüstanın təzminat tələbinə baxmaq səlahiyyətinə malikdir.

Beləliklə, Rusiya Ukrayna və Gürcüstan müharibələri ilə ağrımayan başına buz bağlayıb... Qarşıda isə yəqinki Moldova durur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN