NATO rəhbərliyinin Ukraynanın ardınca Gürcüstana da səfərlərində intensivlik artıb...

Səbəb bəllidir: Rusiyanın keçmiş SSRİ respublikalarına təsir mexanizmi aradan qaldırılsın... Beləliklə, NATO Baş katibi köməkçisinin müavini Ceyms Appaturay tezliklə  Gürcüstana səfər edəcək. Bu səfər də Rusiyada diqqətlə izlənilir... Tezadlar.az xəbər verir ki, NATO rəsmisinin Tibilisiyə səfəri barədə yerli “Mtavari Arxi” telekanalı xarici KİV-ə istinadən məlumat yayıb. Bildirilib ki, Ceyms Appaturayın Tbilisiyə səfəri çərçivəsində əsas diqqət NATO-nun “Sülh və Təhlükəsizlik Elmi” proqramına yönəldiləcək. Qeyd olunub ki, bu proqram NATO ilə tərəfdaş ölkələr arasında dialoq mexanizmidir. Ceyms Appaturayın eyni zamanda Gürcüstanın hökumət nümayəndələri ilə də görüşəcəyi qeyd edilib. Səfərin konkret tarixi açıqlanmayıb.

 Onu da deyək ki, Ceyms Appaturayın Gürcüstana səfəri NATO-da Gürcüstanla bağlı səsləndirilmiş narahatlıqların ardınca baş tutacaq. Belə ki, aprelin 5-də NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina alyansın Gürcüstanda islahatların səviyyəsi ilə bağlı narahatlıqlarının olduğunu bildirib.

Rusiya mediası bu səfəri də gözdən salmağa çalışan materiallar və TV sujetlər verməkdədir...

Teyyub Əlioğlu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN