Ukrayna ruslar tərəfindən əsir götürülmüş 95 müdafiəçini əsirlikdən geri qaytarmaq üçün uğurlu əməliyyat keçirib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, azad edilənlər arasında xüsusi əməliyyatın üzvləri, o cümlədən vertolyotla mühasirəyə alınmış Mariupol, Azovstala uçanlar da var. Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak məlumatı təsdiqləyib və qeyd edib ki, sərhədçilər, Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın əsgərləri geri qaytaılıb. Sitat:  “...95 nəfər insanımızı evə qaytarırıq. Siyahıya Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın əsgərləri, həmçinin sərhəd mühafizəçiləri daxildir. Onların arasında 93 sıravi və çavuş və iki zabit var”.

Azad edilənlərin çoxu yaralı halda olub, onlara işgəncələr verilib. Əsirlər Mariupoldan, Çernobıl AES-dən, İlan adasından, Baxmutun altından və Azovstalın müdafiəçilərindən ibarət olub. Prezident Aparatının rəhbəri onu da vurğulayıb ki, hərbi əsirlərin azad edilməsi əməliyyatı hər bir ukraynalı əsir öz vətəninə qaytarılan ana qədər davam edəcək.

Müharibə isə davam edir. 

Xatırladırıq ki, Ukrayna ordusu bu gün daha bir səs-küylü hərbi əməliyyat aparıb, işğal altında olmuş yaşayış əraziləri azad olunub.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN