Kunduz hava limanını qorumalı olanlar taliblərə təslim olublar…

Hava limanında yerləşdirilmiş yüzlərlə hərbi qulluqçu, polis və təhlükəsizlik qüvvələrinin əməkdaşları bu gün səhər “Taliban” yaraqlılarına təslim olublar.

Bunu  "Frans-Press Agentliyi"nə Əfqanıstanın Kunduz əyalət məclisinin üzvü Əmruddin Vəli açıqlayıb.

***

Qeyd edək ki, daha öncə taliblərin hava limanından başqa Kunduzun bütün ərazisini ələ keçirdiyi bildirilmişdi. Əmruddin Valinin açıqlaması isə Kunduzun artıq taliblərə təslim edilməsi anlamına gəlir. Amma rəsmi Kabil Kunduz üzərində nəzarəti itirdiklərini təkzib edir. Əfqanıstanın Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman da  “Taliban” üzvlərinin Qəndəhar, Herat, Paktiya, Host, Loqar, Nanqarhar, Causcan, Samanqan, Gilmend, Takar, Kunduzda gedən döyüşlər nəticəsində 579 itki verdiyini açıqlamışdı.

 Həmçinin Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Mirvais Sanekzayın da Kunduz şəhəri və bir çox başqa rayonların “Taliban” qruplaşmasından təmizləndiyini və Əfqanıstan Silahlı Qüvvələrinin irəlilədiyini xəbər vermişdi.

Məlumatlara görə, indiyədək taliblər Bədəxşan əyalətinin administrativ mərkəzi  olan Feyzabad şəhərini ələ keçiriblər və  9 şimal əyalətinin 7-nin mərkəzi, Bədəxşan əyalətinin 27 rayonundan 25-i  “Taliban” hərəkatının nəzarətindədir. Hökumət qüvvələri bir neçə gün davam edən ağır döyüşlərdən sonra Feyzabad şəhərini tərk etmək məcburiyyətində qalıb. Həmçinin taliblər avqustun 10-da Fərah və Baqlan əyalətinin mərkəzləri Fərah və Puli-Xumri şəhərlərinə də daxil olublar. Nimroz  əyalətinin paytaxtı Zarancı və Cövzcan əyalətinin mərkəzi Şeberhanı da ələ keçirdikləri bildirilmişdi. Artıq Əfqanıstanın 34 əyalətindən səkkiz inzibati mərkəzinin taliblərin işğalı altında olduğu bildirilir.

Qeyd edək ki, Kunduz şəhəri Tacikistanla sərhədin 60 kilometrliyində yerləşir. Bu şəhərdən keçən avtomobil yolu bir sıra şəhərləri, o cümlədən Kabili də birləşdirir.

Xatırladaq ki, “Taliban” qruplaşması bu başıbəlalı şəhəri 2015-ci ilin payızında da ələ keçirmişdilər. O zaman da bu şəhər uğrunda ağır döyüşlər getmişdi… 

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN