BMT-nin hesablamalarına görə, azı 44 uşaq, o cümlədən 10 qız təhlükəsizlik qüvvələri tərəfindən odlu silahla qətlə yetirilib

***

İranda insan haqlarının vəziyyəti keçən il kütləvi etirazlar dalğasından sonra xeyli pisləşib. BMT-nin hesabatında deyilir ki, on minlərlə insan, o cümlədən uşaqlar saxlanılıb, yüzlərlə insan edam edilib və onlayn senzura gücləndirilib.

 BMT-nin insan haqları Qurumu  İrandakı vəziyyətlə bağlı yeni hesabat təqdim edib. Hesabat əsasən ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əminin ölümü ilə nəticələnən kütləvi etirazlardan sonra ölkədə baş verən hadisələri əhatə edir.

Xatırladaq ki, Məhsa Əmin baş örtüsü ilə bağlı əxlaq polisi tərəfindən həbs edildikdən üç gün sonra polis bölməsində həyatını itirmişdi.

m

 BMT-nin insan haqları üzrə xüsusi məruzəçisinin müavini Nada Əl-Naşifin sözlərinə görə, İranda insan haqlarının ümumi vəziyyəti sanksiyaların və COVID-19 pandemiyasının davamlı təsiri ilə ağırlaşan sosial-iqtisadi vəziyyətin davamlı olaraq pisləşməsi fonunda nəzərəçarpacaq dərəcədə pisləşib.

 Son bir ildə İran məhkəmələri rekord sayda ölüm hökmü çıxarıb - əvvəlki illə müqayisədə 75% artım ...

 “2022-ci ildə 582 nəfər edam edilib. Bu, 333 nəfərin edam edildiyi bildirilən 2021-ci illə müqayisədə 75% artım deməkdir. 2022-ci ildə edam edilənlər arasında üç uşaq da var. Edam edilənlərin ümumi sayından 256-sı narkotiklə əlaqəli cinayətlərə görədir”, - deyə Əl-Naşif bildirib.

 Bu, İranda 2017-ci ildən bəri ən yüksək narkotik edamıdır.

 BMT-nin hesablamalarına görə, aksiyalarda iştiraka görə saxlanılanların ümumi sayı 20 minə yaxındır. Onların arasında minlərlə uşaq da var.

 Məlumatda bildirilir ki, azı 44 uşaq, o cümlədən 10 qız təhlükəsizlik qüvvələri tərəfindən odlu silahla qətlə yetirilib.

 Ən çox ölüm halı Sistan və Bəlucistan əyalətində qeydə alınıb.

 “Hüquq-mühafizə orqanları tərəfindən həbslər və etiraflar almaq üçün dindirilmələr zamanı insanlara işgəncə və pis rəftara məruz qalması, o cümlədən qadınlara, kişilərə və uşaqlara, xüsusən də həbs yerlərində cinsi və gender zorakılığına məruz qalması ilə bağlı çoxsaylı iddialar olub”- Əl-Nəşif bildirib.

 Kütləvi etirazlar başlayandan sonar isə fikir azadlığı və məlumat əldə etmək hüquqlarına riayət olunması nəzərəçarpacaq dərəcədə pisləşib.

 “Hakimiyyət rəqəmsal məkana geniş nəzarət edir və onlayn senzuranı gücləndirib. Keçən il sentyabrın 21-dən etibarən bəzi sosial şəbəkələrə və mesajlaşma platformalarına giriş qadağan olaraq qalır”, - deyə hesabatda vurğulanır.

 Hesabatda qeyd olunur ki, bundan əlavə, hicabın məcburi geyinilməsinin tətbiqi ilə bağlı hökumət siyasəti daha da sərtləşib. Bu qaydaya əməl etməyən qadın və qızlara qarşı ciddi cəzalar tətbiq edilir.

 “2022-ci il avqustun 15-də (İran prezidenti İbrahim Rəisi) hicab taxmayan və ya məcburi hicab taxmağı şübhə altına alan qadınları izləmək və cəzalandırmaq üçün sifətin tanınması texnologiyasının tətbiqi haqqında müddəa da daxil olmaqla bir fərman imzaladı”, - deyə o, vurğulayıb.

Qeyd edək ki, İranda Molla rejimi Məhsa Əminin baş örtüsünə görə öldrülməsindən sonra İrandakı etirazları edamların sayını artıraraq susdurmaq istəyir. Çoxlu sayda insan bu etirazlardan sonra həbs edilib və edilməkdədir. Neçə-neçə gənc edama məhkum olunub, ailələri gözüyaşlı qalıb. Artıq ölkədə baş verənlərə İran xalqı səssiz qalmaq istəmir və öz azadlıqlarını tələb edirlər.

Həmçinin çoxlu sayda şəhərlərdə qız uşaqlarını təhsildən yayındırmaq üçün də "ov"a çıxılıb. Belə ki, məktəbli qızlar  təhsil aldıqları məktəblərdə  zəhərlənməyə məruz qalırlar və bu səbəbdən valideynlərin bir çoxu qız övladını məktəbə göndərə bilmir. 

Səbəbkarlar isə tapılmır...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN