Dünən "Təzadlar"ın qonağı olan AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev Azərbaycan Milli Elmlər Akademiyasının elm siyasətsizliyini sərt tənqid etdi...

Məlum olurdu ki, ümumiyyətlə, AMEA-nın Rəyasət Heyətinə ehtiyac yoxdur: "Təzsəvvür edirsinizmi, AMEA-nın dəqiq elmlər sahələri Elm və Təhsil Nazirliyinin kurasiyasına veriləndən sonra bu boyda Akademiyada hansısa elm sahəsinə kimin rəhbərlik etməsi belə bilinmir...  Xaos yaranıb. Adi bir məsələ ilə bağlı rəhbərliyə müraciət edəndə o buna yazır, bu ona dərkənar qoyub göndərir və nəticə isə sıfır... AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Albanşünaslıq Elmi Mərkəzi var, amma mərkəzin fəaliyyət göstərməli olduğu yer yoxdur. İşçilərin 8-nin isə bu sahəyə qətiyyən aidiyyəti yoxdur...".

Video-müsahibəni aşağıdakı linkdən izləyə bilərsiniz:

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN