Rusiya daha bir biabırçılıqdan xilas ola bildi...

Bir zamanlar Əfqanıstanda, ikinci ildir Ukraynada at oynadan imperiya həvəsli rəsmi Kreml bu dəfə öz qazdığı quyuya düşdü-Priqojni ilə üz-üzə qaldı... Amma Belarus prezidenti Aleksandr Lukaşenkonun Vladimir Putinlə razılığı ilə Yevgeni Priqojinlə danışıqlar aparıldı, Rusiya növbəti qanlı hadisədən xilas oldu.

Tezadlar.az xatırladır ki, əgər Priqojni razılığa gəlməsəydi, Rusiya öz qoşunlarını Ukraynadan çəkib daxilindəki münaqişəyə cəlb etməli olacaqdı. Bu isə o demək idi ki, Ukrayna üçün işğal edilmiş əraziləri geri qaytarmaq şansı yaranacaqdı...

XXX

Beləliklə, Lukaşenkonun “Vaqner” dəstəsinin rəhbəri Yevgeni Priqojini razı saldı. Amma şərt də ağırdır. Priqojin iki şərtlə üsyanı dayandıracağını bildirib. O deyib ki, Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov istefaya göndərilməlidir! 
Hazırda Priqojinin Belorusa getdiyi barədə məlumatkar verilir. Onun təhlükəsizliyinı Belorus prezidenti şəxsən söz verib.

Bu dəqiqələrdə isə "Ukrainskaya pravda" məlumat yayıb ki, Ukrayna ordusu bir neçə istiqamətdən hücuma keçib.
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN