Ötən gün Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə uzun müddət danışıq aparıb və onu hərbçilərini Moskvadan uzaqlaşdırmağa – dislokasiya yerlərinə qayıtmağa vadar edə bilib.

Bunun müqabilində Lukaşenko Kremlin adından nə vəd edib, necə inandıra bilib özləri bilir... Məlum olan odur ki, Minskdə Priqojinin Belarus Prezidentinin təklifini qəbul edərək silahlı dəstələrinin hərəkətini dayandırıb və Yevgeni Priqojinə - "vaqnerçilərə"qarşı cinayət işinin xitam verilib.

 Hamını maraqlandıran və beyinlərdə “Niyə məhz Lukaşenko?” sual işarəsinə çevrilən fikri isə Kremlin sözçüsü Dmitri Peskov sualı gözləmədən cavablandırıb və bunu hər iki şəxsin arasında yaxın münasibət olması ilə izah edib.

 Peskov bəyan edib ki,  Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə çoxdan tanış olduğu üçün vasitəçi rolunu təklif edib.

“Yəqin ki, məndən Prezident Aleksandr Lukaşenkonun vasitəçilik səbəbini soruşacaqsınız. Fakt budur ki, Lukaşenko Priqojinlə çoxdan, təxminən 20 ildir şəxsən tanışdır”, - deyə D.Peskov vurğulayıb.

Təklifin şəxsən Lukaşenkodan gəldiyi və Rusiya Prezidenti tərəfindən razılaşdırıldığı bildirilib.

Qeyd edək ki, ötən il  “Vaqner”in  Rusiya SQ-dən narazı olması barədə məlumatlar yayılmışdı və hətta videokadrlar da var.

 Hətta dekabrın 27-də Yevgeni Priqojin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova müraciət edən hərbi geyimli, o cümlədən “Vaqner” ÖHK tikməsi olan şəxslərin olduğu videonun həqiqiliyini təsdiqlədi.

Kadrda həmin şəxslər Gerasimovu tənqid edərək, həmçinin söyüş yağdıraraq Baxmut yaxınlığında “bütün Ukrayna ordusuna qarşı döyüşdükləri” iddiasına baxmayaraq, mübarizə aparacaq heç bir şeylərinin, eyni zamanda “mərmilərinin olmadığını” deyirdilər.

"Vaqner" ÖHŞ-i Rusiya Federasiyasının SQ-i ilə ilk dəfə qarşıdurmaya girmirdi. Ötən ilin oktyabr ayında da Priqojinin kompaniyası Telegram-a 80 nəfərin cəmi bir BTR-nin olması, manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıılması barədə şikayət etdikdən sonra Qara Dəniz Donanmasının Xerson vilayətində yerləşən 126-cı Sahil Müdafiə Briqadasının hərbçilərinə 4 yolsuzluq avtomobili təhvil verib.

Xatırladaq ki,  şəxsi hərbi kompaniya “Putinin aşpazı” kimi tanınan iş adamı Yevgeni Priqojin tərəfindən yaradılıb. Bəzi iddialara görə, hərbi kompaniya RF-nin “kölgə ordusu”dur. Lakin Kreml bunu rədd edir...

Bəli, gün gəldi “Aşpaz” əlində “baltası” Kremlə doğru yol aldı. Hələki dayandıra biliblər...

 

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN