Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində deyib ki, Krım azad olunmadıqca müharibə bitməyəcək...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Zelenskinin sözlərinə görə, Ukrayna üçün qələbə yalnız 1991-ci il sərhədlərinin bərpasıdır. Sitat: “Hazırda Ukraynanın səyləri cənub və şərqdəki ərazilərin geri alınmasına yönəlib. Amma son məqsədimiz Krımın azad edilməsidir. Biz Ukraynanı Krımsız təsəvvür edə bilmərik”.

Tezadlar.az xatırladır ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib. Rusiya ilə Ukrayna arasında müharibə isə 2022-ci ilin fevralın 24-də başlayıb. Müharibə hələ də davam edir. Baxmayaraq ki, Rusiya rəsmiləri 2-3 günə Ukraynanı diz çökdürəcəklərini demişdilər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN