Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin son sağlamlıq və fiziki durumu dünya mediasının və siyasilərin müzakirəsindədir...

həmişə olduğu kimi, Ukrayna prezidenti Volodimir Zelenski ölkədəki Gürcüstan səfirindən Mixeil Saakaşvilinin məhkəməsi ilə bağlı Tbilisi ilə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində Ukraynanı tərk etməyi tələb edib. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna və Gürcüstan mətbuatı da məlumat yayıb. Sitat: “Biz dəfələrlə rəsmi Tbilisini bu istehzaya son qoymağa və Saakaşvilinin Ukraynaya qayıtması ilə bağlı razılığa gəlməyə çağırmışıq. Tərəfdaşlarımız da bizə müxtəlif xilasetmə variantları təqdim ediblər. Bu gün mən Xarici İşlər Nazirliyinə göstəriş verdim ki, Gürcüstanın Ukraynadakı səfirinə zəng etsin, ona kəskin etirazını bildirsin və Gürcüstanın paytaxtı ilə məsləhətləşmələr üçün, 48 saat ərzində Ukraynanı tərk etməyi təklif etsin. Mən bir daha Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı Mixeil Saakaşvilini lazımi müalicə və qayğı üçün Ukraynaya təhvil verməyə çağırıram və tərəfdaşlarımızı bu vəziyyətə biganə qalmamağa və bu şəxsi xilas etməyə çağırıram. Avropada heç bir gücün insanları edam etmək hüququ yoxdur, həyat əsas Avropa dəyəridir".

Gürcüstan hakimiyyətindən hələki Zelenskinin bu qərarına reaksiya verilməyib.

Bununla belə, Zelenskinin iki gün əvvəl Gürcüstan aviaşirkətinə sanksiya tətbiq etmə barıdə qərarı ölkədə narazılıqla qarşılanıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN