Gürcüstanın Ukraynadakı səfiri yaxın vaxtlarda ölkəyə qayıdacaq.

Tezadlar.az Gürcüstan Xİn-nin rəsmi saytına istinadla bildirir ki, bu barədə xarici işlər naziri İlya Darçiaşvili, Gürcüstanın Ukraynadakı səfirinə bu ölkəni 48 saat ərzində tərk etmək təklifnə münasibət bildirərkən deyib. Nazir qeyd edib ki, rəsmi Tbilisi ənənəvi mövqeyini saxlayaraq Ukraynanın davranışlarına təmkinlə yanaşacaq və bu məsələnin müzakirəsini gələcəkdə aparılacaq ikitərəfli müzakirələrə saxlayacaq. XİN başçısı Gürcüstanın Ukraynanı əvvəlki kimi dəstəkləməyə davam edəcəyini qeyd edib. Nazir əlavə edib ki, Gürcüstan Ukraynaya aktiv şəkildə humanitar, siyasi, diplomatik yardım edib və bu, Tbilisinin öz tərəfdaşına qarşı məsuliyyətidir.  XİN başçısı Ukraynanın Mixeil Saakaşvili ilə əlaqədar qəbul etdiyi qərarının əsassız olduğunu vurğulayıb: “Ukraynadan eşitdiyimiz bu qərar anlaşılmaz və əsassızdır. Dostlar bu cür münasibətə layiq deyillər. Biz ənənəvi olaraq bu vaxtadək bəzi ukraynalı siyasətçilərdən Gürcüstana qarşı bir çox anlaşılmaz, ədalətsiz münasibət görmüşük. Həmişəki kimi biz təmkinli qalırıq. Bu məsələlərin gələcəkdə ikitərəfli formatlarda müzakirəsi üçün vaxtımız olacaq, lakin indi, daha əvvəl ifadə etdiyimiz mövqeyi seçirik. Biz buna reaksiya verməyəcəyik”.

Nə qədər ki, Gürcüstanın siyasi hakimiyyəti Saakaşvili məsələsində ortaq məxrəcə gəlmir, Ukrayna ilə münasibətlərdə problemlər davam edəcək... Hansı kiş Saakaşvili Ukrayna vətəndaşlığını daşıyır və onu Ukraynaya ekstradisiya etmək elə problemli məsələ deyil...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN