Moldova Prezidenti Maya Sandu da sabiq prezident Mixeil Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə çağırış edib.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Moldovanın prezidenti özünün  "Twitter" hesabında paylaşım edib. Saakaşvilinin məhkəmədəki ağır görüntülərindən dərin narahatlıq keçirdiyini bildirən Prezident Sandu onun həbsdə olduğu müddətdə səhhətinin kəskin şəkildə pisləşdiyini vurğulayıb: “Gürcüstan hakimiyyətini onun sağlamlığına əhəmiyyət verməyə və təcili olaraq xaricdə onun həyatı üçün vacib olan müalicəni təmin etməyə çağırıram”.

Gürcüstan hakimiyyəti isə hələki konkret mövqe sərgiləmir.

Xatırladaq ki, Ukrayna prezidenti Zelenski də eyni məzmundaş lakin daha sərt formada Gürcüstan hakimiyyətinə səslənib.

"Təzadlar"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN