Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Kabulov “Taliban” qruplaşmasının Qəndaharı ələ keçirməsində  ABŞ-ın təlim keçdiyi əfqan ordusunu  günahlandırıb.

 Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-nin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov KİV-ə verdiyi açlqlamada  bildirib ki, “Taliban” Əfqanıstan qoşunlarının qaçması nəticəsində Qəndəharı ələ keçirə bilib.

Kabulovun sözlərinə görə, Qəndəharın ələ keçirilməsi onu göstərir ki,  bu, Əfqanıstan qoşunlarının döyüş mübarizliyi və cəsarətli müqaviməti nəticəsində deyil, amerikalıların və NATO üzvlərinin ruh yüksəkliyi ilə hazırlaşdırdıqları Əfqanıstan ordusunun döyüşdən qaçması nəticəsində baş verib.

Amma Kabulov yenə də  bu məsələdə əminlik nümayiş etdirərək vurğulayıb ki, Taliban hələ də Kabili tuta bilmir və Qəndaharın ələ keçirilməsi isə hər şeyi həll etmir.

Xatırladaq ki, Zamir Kabulov  ötən ay KİV-ə verdiyi müsahibəsində “Taliban”ın hücuma keçməsindən panikaya düşmək lazım olmadığını məsləhət görmüşdü: “Taliblər Əfqanıstanın bir əyalət mərkəzini belə götürə bilməyiblər, paytaxt barədə isə, ümumiyyətlə danışmağa dəyməz. Bəli, taliblər hərbi-texniki nöqteyi-nəzərdən şəhərlərə soxula, basqın edə bilərlər, ancaq onların həmin şəhərləri əllərində saxlamaq üçün gücü yoxdur", – deyə bildirmişdi.

Qeyd edək ki, dünən gecə yaraqlılar Qəndəharın, bu səhər isə Hilmand əyalətinin inzibati mərkəzi Laşkargahı ələ keçirdiklərini elan ediblər. Taliblər bildiririlər ki, artıq Əfqanıstanın 34 əyalətindən 10-dan çoxuna nəzarət edirlər.

Öz növbəsində Əfqanıstan hökuməti də bəzi şəhərlərə nəzarəti bərpa etdiklərini söyləyirlər, lakin qarşıdurmalar davam edir. Əfqanıstan Müdafiə Nazirliyinin bu günə olan məlumatına görə, son 24 saat ərzində Nəngərhar, Qəzni, Hilmənd, Kapisa, Fərah, Badğis, Bəlx vilayətlərində həyata keçirilən əməliyyatlar nəticəsində 202 "Taliban" yaraqlısı öldürülüb, 89-u isə yaralanıb.


 "Taliban" isə hər gün irəliləyir...

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN