Ukrayna hərbçiləri əks-hücum əməliyyatına başlayandan bəri ölkənin cənubunda və şərqində təxminən 241 kvadratkilometr ərazini azad edə bilib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə telemarafonun efirində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib. “Baxmut istiqamətindən danışsaq, orada 2 kvadrat kilometr, toplamda isə artıq 37 kvadratkilometr ərazi azad edilib. Cənubdan danışsaq, son bir həftə ərzində 12 kvadratkilometrdən çox ərazi, toplamda isə 204 kvadratkilometrdən çox ərazi azad edilib”. Nazir müavini hazırda Ukrayna ordusunun bütün istiqamətlərdə tədricən irəliləməyə davam etdiyini diqqətə çatdırıb: “Şərqdə bu, təkcə Baxmut istiqaməti deyil, amma orada möhkəmlənmək lazımdır. Belə olduqda uğurlar haqqında məlumatlar verilə biləcək”, - deyə nazir müavini vurğulayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN