Gürcüstan parlamentinin keçmiş üzvü Azər Süleymanov Gürcüstanda fəaliyyət göstərən bir neçə qeyri-hökumət təşkilatlarının Ermənistan səfirliyi vasitəsi ilə "Qarabağın erməni sakinləri humanitar böhranla üzləşib" kimi bəyanatlarını kəskin tənqid edib.

Tezadlar.az 24News.ge-yə istinadla bildirir ki, portala müsahibə verən Süleymanov sözügedən QHT-ləri birtərəfli münasibətdə günahlandırıb. Onun sözlərinə görə, bir sıra xarici dairələr Azərbaycanın 44 günlük qələbəsini həzm edə bilmir. SİTAT: "Bu gün Cənubi Qafqazda sülh sənədlərinin imzalanmasına doğru addımların atıldığı bir vaxtda bu kimi sərsəm bəyanatlar təxribatdan başqa birşey deyil. Gürcüstan hökümətinin abxaz və osetinlərə ölkəmiz onlara hər cür şərait yaratmağa hazır olduğunu təklif etdiyi kimi, Azərbaycan lideri də dəfələrlə Qarabağda yaşayan erməni sakinlərə bu cür müraciətlər edib. Bu gün bütün dünya ictimaiyyəti açıq şəkildə Laçın dəhlizində necə rahat şəkildə erməni sakinlərin və yüklərin keçdiyini görür, sadəcə Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici dairələr və Ermənistanın hərbi-siyasi rəhbərliyi qondarma blokada iddiasından siyasi alət kimi istifadə etməyə, Azərbaycana qarşı mənfi imic yaratmağa çalışır. Əgər Qarabağda, həqiqətən aclıq varsa, onda ermənilər niyə Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yüklərin daşınması təklifinə müsbət cavab vermirlər? Bu, bir daha təsdiq edir ki, əslində heç bir blokadadan və aclıqdan söhbət gedə bilməz. Bir daha qeyd etmək istəyirəm ki, bu gün Gürcüstanda fəaliyyət göstərən bir neçə ermənipərəst qeyri-hökumət təşkilatlarının bəyanatı sifarişli və qərəzli bəyanatlardır. Onlar regionda sülh deyil, müharibə tərəfdarı olan və sifariş qəbul edən QHT-lərdir".

 Gürcüstanda fəaliyyət göstərən “Sosial Ədalət Mərkəzi”; "Qafqaz Evi"; "İnsan Hüquqları Mərkəzi"; "Sülh və Vətəndaş İnkişaf Mərkəzi" (CPCD); “Demokratiya Araşdırma İnstitutu” (DRİ); "Müsbət Dəyişiklik üçün İcma" adlı təşkilatlar "Qarabağda erməni sakinlərin humanitar böhranla üzləşdiyi" barədə bəyanat yayıblar. Şübhəsiz ki, bu bəyuanatlar erməni mahiyyətli və niyyətlilər tərəfindən imzalanıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN