Sabiq prezidentin üz tutduğu ölkələr barədə yayılan məlumatlar yanlış imiş...

Əfqanıstanın Daşkənddə yerləşən səfirliyinin nümayəndəsi bu gün Rusiya KİV-nə bildirib ki, Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qaninin Özbəkistanda olması barədə heç bir məlumatları yoxdur.

Tacikistan XİN də Əfqanıstanın sabiq prezidenti Əşrəf Qaninin təyyarəsi ilə Tacikistanın hava məkanına daxil olmadığı və ölkə ərazisinə enməməsi barədə açıqlama yayıb. Qeyd edilib ki, Tacikistan Əfqanıstan tərəfdən bu xüsusda heç bir müraciət almayıb.

Eyni zamanda, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aibek Smadiyarov da Qaninin ölkəsində olmadığını bildirib. 

Qeyd edək ki, dünən “Nyu York Times” qəzeti Əfqanıstanın Doha danışıqlarındakı nümayəndə heyətinin bir üzvünə (adı açıqlanmır-red.) istinadən yaydığı məlumatda Əfqanıstan Prezidenti Qaninin  həyat yoldaşı Rula və iki müşaviri ilə Özbəkistana uçduğu bildirib. Daha öncə isə Rusiya KİV-nin verdiyi məlumata görə,  Əfqanıstan Prezidenti Əşrəf Qaninin Kabildan Tacikistana uçduğu, oradan da üçüncü ölkəyə gedəcəyi barədə məlumat yayılmışdı... 

...Sabiq prezidentin adı çəkilən ölkələrin heç birində olmaması və yanlış məlumatların dünya KİV-nə ötürülməsi ola bilsin ki, Qaninin üz tutduğu ölkənin adının məxfi saxlanması ilə əlaqədardır. Lakin təkzib olunmayan bir fakt var: Qani ölkəsini tərk edib. 

Xatırladaq ki, "Taliban" Kabilə girdikdən sonra Qani istefaya gedib. O, bu yolla qan tökülməsinin qarşısını almağa çalışdığını bildirib...

JASMİN 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN