Azərbaycan Prezident Administrasiyasında yeni təyinat olub.

İlqar Süleymanov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində kurator vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Süleymanov İlqar Qəzənfər oğlu 12 iyul 1970-ci ildə Gədəbəy rayonunun Keşişkənd kəndində anadan olub. 1992-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Maliyyə kredit” fakültəsini bitirib. Əmək fəaliyyətinə 1992-ci ildə Xızı rayon Dövlət Vergi Müfəttişliyində Dövlət vergi müfəttişi, şöbə rəisi olaraq başlayıb, 2000-2001-ci illərdə Xızı rayonu üzrə Vergilər şöbəsinin rəisi, 2001-2002-ci illərdə Nəsimi rayonu üzrə Vergilər İdarəsində rəis müavini, 2002-2004-cü illərdə Bakı şəhəri Baş Vergilər İdarəsində Operativ nəzarət idarəsinin rəis müavini, 2004-2010-cu illərdə Vergilər Nazirliyinin vergi ödəyicilərinin auditi baş idarəsinin şöbə rəisi, 2010-2012-ci illərdə 6 saylı Ərazi Vergi İdarəsinin rəisi, 2012-ci ildə Vergilər Nazirliyinin iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsində rəis müavini vəzifələrində çalışıb.

İ.Süleymanov dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi alıb. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2012-ci il tarixli 150 nömrəli əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə, 4 dekabr 2013-cü il tarixli 148 nömrəli əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, dörd övladı var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN