"Döyüşü "Taliban"qazandı və onlarla danışmalıyıq"

Aİ Xarici İşlər Nazirlərinin fövqəladə videokonfransından sonra mətbuata açıqlamalar verən Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borel mövzu ilə bağlı bildirib ki, Əfqanıstanda "Taliban" döyüşü qazandı və onlarla danışmalıyıq:" "Taliban"ın insan haqları və BMT Təhlükəsizlik Şurası qərarlarına uyğunlaşmasını təmin etmək üçün bütün manevrlərə gedəcəyik.  Əfqanıstan xalqını dəstəkləməyə davam edirik. Bu, "Taliban"ı rəsmi tanıma anlamını vermir, sadəcə bəzi şeyləri yoluna qoymaq lazımdır.  Aİ-nin "Taliban" ilə əməkdaşlığı barışçıl, hərtərəfli sülhə nail olmaq, qadınlar, uşaqlar, gənclər və azlıqlar daxil olmaqla, bütün əfqanıstanlıların konstitusiya haqlarına hörmət edilməsinə bağlıdır".

  Borel bildirib ki, hal-hazırda prioritetlərimizdən biri Avropa vətəndaşları və Aİ ilə 20 ildən çoxdur çalışan əfqanıstanlıların rahat buraxılmalarıdır. Əgər Əfqanıstanı tərk etmək istəyərlərsə, onlara laqeyd qala bilmərik. Onları gətirə bilmək və Aİ üzv ölkələrində qorumasını təmin etmək üçün hər şeyi edəcəyik. Bu adamları qəbul etməyə hazır olan İspaniyaya təşəkkür etmək istəyirəm:"  Sözügedən adamların sayı təxminən 400-dür və onların yaşayışı Aİ-nin ayrı-ayrı ölkələrində təmin olunacaq.  Başqa prioritetimiz Əfqanıstandakı yeni vəziyyətin Avropaya böyük köçə gətirib-çıxarmasına imkan verməməkdir. Bu mövzuda üzv və tranzit ölkələrlə görüşəcəyik".

"Yaxın gələcəkdə Türkiyə, Pakistan, İran, Çin və Rusiya ilə daha çox çalışmaq lazımdır."

 Aİ-nin Ali Nümayəndəsi vurğulayıb ki, alınacaq dərslər var. Xüsusilə, Əfqanıstan ordusunun "Taliban"ın hücumlarına qarşı müqavimət göstərmə gücü ilə bağlı səhv fikirlər dolaşmaqdadır: "Yaxın gələcəkdə Türkiyə, Pakistan, İran, Çin və Rusiya ilə daha çox çalışmaq lazımdır.  Aİ Əfqanıstanda bütün zorakılığın dərhal dayandırılması, təhlükəsizliyin və vətəndaş dincliyinin təmin edilməsi, insanların həyat, şərəf və mal varlığının qorunmasına çağırır. Qarşıdurma demokratiya, hüququn üstünlüyü və konstitusiyanın aliliyinə söykənən ağıllı müzakirələr yoluyla həll edilməlidir", - deyə söyləyib.

***

  Qeyd edək ki, artıq Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh əyalətin Konstitusiyasına əsaslanaraq özünü ölkənin müvəqqəti başçısı elan edib. Bu barədə Ə.Saleh tvitter səhifəsində məlumat verib.

 Onun sözlərinə görə, hazırda ölkə daxilindədir və dəstək almaq üçün dünya liderləri ilə əlaqə qurur.

Siyasətçi, həmçinin Əfqanıstan xalqını radikal "Taliban" silahlılarına qarşı müqavimətə qoşulmağa çağırıb. O qeyd edib ki, respublika əhalisi Əfqanıstanın Vyetnam, "Taliban" silahlılarının isə vyetnamlı partizanlar olmadığını sübut etməlidir.

Xatırladaq ki, avqustun 15-də "Taliban" Kabilə girdikdən sonra Qani istefaya gedib. O, bu yolla qan tökülməsinin qarşısını almağa çalışdığını bildirib.

Rusiya səfirliyindən RİA Novosti -yə verilən məlumata görə, Əfqanıstan Prezidenti Əşrəf Qani pulla dolu maşınlarla Kabildən qaçıb, amma apara bilmədikləri hava limanının uçuş meydançasında tökülüb qalıb.

Səfirliyin mətbuat katibi Nikita İşçenkonun sözlərinə görə, rejimin süqutunu Qaninin Əfqanıstandan qaçması daha çox bəlağətlə xarakterizə edir - pulla doldurulmuş dörd maşın, digər hissəsini də helikopterin içinə itələməyə çalışdılar, amma hamısı yerləşmədi: “ Və pulun digər hissəsi uçuş sahəsində qaldı ", - deyə o, vurğulayıb.

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN