Duma Ermənistanın sürücülük vəsiqələrinin Rusiya Federasiyasında tanınması haqqında qanun layihəsinə baxılmasını təxirə salıb – səbəb isə..

 Belə ki, Dumanın Nəqliyyat və Nəqliyyat Strukturunun İnkişafı Komitəsinin rəhbəri Yevgeni Moskviçev bəyan edib ki, bu təşəbbüs hazırda Rusiyanın maraqlarına uyğun gəlmir.

  Bununla da Dövlət Dumasının deputatları Ermənistan vətəndaşlarının sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olduqları zaman onların milli sürücülük vəsiqələrinin Rusiya Federasiyasında tanınması haqqında qanun layihəsinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəliblər. 

  Qeyd edək ki, bu barədə RF parlamentinin mətbuat xidməti məlumat yayıb.

 Dumada müzakirələr zamanı Dövlət Dumasının sədri Vyaçeslav Volodin qeyd edib ki, qanun layihəsində Ermənistan vətəndaşlarına əlavə üstünlüklərin verilməsi təklif edilir, lakin Ermənistan rəhbərliyi rus dilinin statusunun möhkəmləndirilməsi üçün heç bir addım atmayıb.

   Rus dilinin statusu nəzərə alınmaqla, Rusiyada işləyərkən ölkələrin milli sürücülük vəsiqələrindən istifadənin mümkünlüyü barədə qərar qəbul edilir.

 “Biz Belarus, Qazaxıstan və Qırğızıstanla bağlı belə qərarlar vermişik, çünki onlarda rus dili konstitusiya ilə təsbit olunub.

   Ermənistana gəlincə, biz görürük ki, rus dilinin statusu yoxdur, son qərarlar heç də bu sahədə münasibətləri inkişaf etdirməyə yönəlməyib”, - deyə Volodindən sitat gətirilib.

 Volodin Dövlət Dumasının müvafiq komitələrinə bu məsələni araşdırmağı və Dövlət Dumasına növbəti addımlar təklif etməyi tapşırıb.

Qeyd edək ki, hazırda RF-də nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı sahibkarlıq və əmək fəaliyyətini həyata keçirmək yalnız Qırğızıstan, Abxaziya, Belarusiya, Qazaxıstan və Cənubi Osetiya vətəndaşları üçün istisnadır. Digər ölkələrin vətəndaşlarından Rusiya vəsiqələri tələb olunur.

 Onu da əlavə edək ki, son zamanlar Ermənistanda yüksək kürsülərdən Rusiya əleyhinə bəyanatlar səsləndirilməkdədir, qərbə meyl artıb və düşünürlər ki, qərb və Fransa Prezidenti Emmanuel Makron onları ağ günə çıxaracaqlar. Ermənistanın baş naziri Nikol Paşinyan isə çıxışları, müsahibələri zamanı Rusiyanı - Putini açıq-aşkar hədələyir, qınayır, suçlayır...

Və Rusiya da bütün bunları görür və analiz edir...

 

Y.MƏMMƏDLİ  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN