ABŞ--ın Ermənistandakı səfiri hesab edir ki, Qarabağ problemi status məsələsi həll edilmədən həll edilə bilməz

Xarici ölkələrin Ermənistandakı səfirləri işlərini- güclərini unudub tamamilə səfirliyə aid olmayan bəyanatlar verirlər. Bəyanatların da əsas istiqaməti ermənilərə dəstək,erməniləri himayə etmək, qayğı göstərmək və s. kimi zadlar. Adama elə gəlir ki, sanki dünyanın dərdi-səri ermənilərdir.  Hər gün erməni belə gəldi, erməni filan elədi. Yorulduq,bezdik. Çərənləməyin də bir həddi-hüdudu olar. Fransanın,Rusiyanın, ABŞ-ın, İranın Ermənistandakı səfirləri sanki absurd bəyanatlar vermək üçün növbəyə durublar. Biri qurtarmamış, o biri başlayır. Qarabağın taleyini “həll edirlər”, sərhədə səfər edirlər, erməni kilsələrində şam yandırır, dua oxuyurlar.

Xatırladaq ki, əvvəllər bu səfirlərin boş-boş bəyanatları barədə materiallar dərc etmişdik. İndi yenə də bu sayıqlamalar davam edir. Adam onlara hər cür aşağılayıcı söz deməkdən özünü güclə saxlayır.

Bu gün növbə  ABŞ-ın Ermənistandakı səfiri Linn Treysiyə çatıb.  

ABŞ səfiri hesab edir ki, Qarabağ münaqişəsi status məsələsi həll edilmədən həll edilə bilməz.Bu barədə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Sünik vilayətində (Azərbaycanla sərhəd) bildirib. Məlumatı Ermənistan Dövlət Agentliyi Armenpress  yayıb.

Xanım Linn : "Dağlıq Qarabağda baş vermiş müharibənin nəticələri aradan qaldırılmayıb və münaqişə həll edilməyib. Biz ATƏT - in Minsk Qrupunun həmsədri kimi bu istiqamətdə işləyəcəyik və vəziyyətin gərginləşməməsinə çalışacağıq", - deyə o qeyd edib.

Belə baxanda, xanım Linn gözəl, yaraşıqlı bir qadındır, amma bəyanatlarına qulaq asanda qadınlığı da, gözəlliyi də, diplomatlığı da ikrah hissi oyadır.

20-25 min  erməniyə nə status, nə müstəqillik? Qarabağda yaşayan ermənilər ya Azərbaycanın qanunlarına tabe olacaq, onun qoyduğu qaydalarla yaşayacaq, ya da rədd olub gedəcəklər. Bunun ayrı variantı yoxdur və heç vaxt da olmayacaq.

Əgər xanım Linn erməniləri bu qədər çox istəyirsə, nə deyirik, istəsin. Amma bu ipə-sapa yatmayan,terrorla məşğul olan istəkli erməniləri aparsın Amerikaya və ştatların birində yerləşdirsin və ürəyi istədiyi qədər də status, müstəqillik versin. Yoxsa,ATƏT belə gəldi, həmsədrlər ordan getdi. ATƏT-zad yoxdur. 30 il idi ki, yox idi, indi səslərini çıxarmağa başlayıblar. Gedin öz ölkələrinizin problemlərini həll edin. Suveren ölkənin süveren hüquqlarına  müdaxilə edə bilməzsiniz.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN