Bir necə gündən sonra 8 Noyabr - Zəfər Günü münasibəti ilə Bakıda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq...

Tezadlar.az Dənizkənarı Milli Park müdiriyyətinə istinadla xəbər verir ki, paytaxtda bununla bağlı hazırlıq işlərinə başlanılıb. Parkda yerləşən Saat qülləsinin yanında böyük səhnə qurulur. Paytaxtın qonaqları və sakinlərinin şənlikdə rahat iştirakı üçün lazımi tədbirlər görülür...

 Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verilib, həmin gün qeyri-iş günüdür.

"Təzadlar" xatırladır ki, Şuşada və Xankəndidə də Zəfər Günü ilə bağlı möhtəşəm bayram tədbirləri keçirilməsi planlaşdırılır.

Qarabağ Azərbaycandır! Azərbaycanın şanlı ordusuna eşq olsun!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN