Azərbaycanla Türkiyə və Gürcüstanın üç qonşu ölkə olaraq bütün sahələrdə faydalı əməkdaşlığı Ermənistana bir nümunə və dərs olmalıdır...

Təcavüzkar niyyətli Ermənistan bilməlidir ki, gələn il kiberhücumlarla bağlı Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirəcək. Tezadlar.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib. O, hərbi təlimin Türkiyədə baş tutacağını bildirib. Nazir həmçinin vurğulayıb ki, bugünkü üçtərəfli görüşün regional əməkdaşlığa töhfə verəcəyinə inanır.

Nümunəvi addımdır. Ermənistanın siyasi rəhbərliyi isə hələki Makronların çaldığı havaya oynamaqda, özünü gülünc vəziyyətə qoymaqdadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN