Gürcüstanla Azərbaycan arasında bütün sahələrdə əhatəli əməkdaşlıq getdikcə möhkəmlənməkdədir...

Bu gün isə Azərbaycanda səfərdə olan baş nazir İrakli Qaribaşvili və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş baş tutub. Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla bildirir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb. Məlumata görə, görüşdə iki ölkə arasında çoxəsrlik, mehriban qonşuluq, dostluq münasibətlərindən danışılıb, Azərbaycanın Gürcüstanın aparıcı ticarət tərəfdaşlarından biri olduğu bildirilib. Görüş zamanı ölkələrin strateji əməkdaşlığı - ticarət-iqtisadiyyat, enerji, nəqliyyat, logistika məsələləri, eyni zamanda Gürcüstan və Azərbaycan arasında mövcud olan mühüm layihələr: dəmir yollarının modernləşdirilməsini nəzərdə tutan Orta Dəhlizin inkişaf perspektivləri, limanların, yolların genişləndirilməsi, tikintisi və inkişafı; Şərq-Qərb yüksək sürətli avtomobil yolunun və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi əsas müzakirə mövzusu olub. Bildirilib ki, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu Avropa-Qafqaz-Asiya dəmir yolu dəhlizinin bir hissəsinə çevriləcək.
 Görüşdə Cənubi Qafqazın yaşıl enerji resurslarının Avropa İttifaqı bazarına çatdırılması üçün irimiqyaslı layihənin - Qara dəniz sualtı kabelinin işlənib hazırlanması məsələsinə və onun xüsusi əhəmiyyətinə xüsusi diqqət yetirilib. Tərəflər dünyada və regionda təhlükəsizlik məsələlərini nəzərdən keçiriblər. Qaribaşvili Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin imzalanacağına da ümid etdiyini qeyd edib.

Ermənistanın siyasi rəhbırliyi isə kənardan baxır və Gürcüstanın Azərbaycanın siyasi- iqtisadi məkanına inteqrasiyasından dərs götürməyə məhkumdur. Qonşunun qonşuya düşmənçiliyini isə dünya ictimaiyyəti də qəbul etmir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN