Ötən gün İsrailin Baş naziri Binyamin Netanyahu deyib ki, Qəzza zolağında keçirilən əməliyyat zamanı  İsrail ordusu  HƏMAS qruplaşması taborlarının yarısının komandirlərini məhv edib.

Tezadlar.az İsrailin "Sputnik" portalına istinadla bildiri ki, HƏMAS-ın hərbiləşdirilmiş qüvvələrinin 24 tabora bölündüyü güman edilir. “HƏMAS daha heç vaxt İsrail üçün təhlükə olmayacaq”, - Netanyahu əlavə edib. O, bir daha Qəzza zolağının hərbsizləşdirilməsini müdafiə edib. "Buna nail ola biləcək yeganə qüvvə İsrail Ordusudur. Heç bir beynəlxalq qüvvə belə bir nəticəni təmin edə bilməz", - İsrailin Baş naziri vurğulayıb.

Döyüş əməliyyatları isə davam edir. 

Ötən gün Ərdoğan Netanyahunu "quldur" adlandırmışdı...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN