Nəhayət, ABŞ-nin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn dekabrın 6-dan 8-dək Azərbaycan və Rumıniyaya səfər edəcək.

Tezadlar.az CNN- ə istinadla bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, O'Brayn Bakıda “Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədilə Azərbaycanın vəzifəli şəxsləri ilə görüşəcək”. Rumıniyada dövlət katibinin köməkçisi Moldova və Ukrayna rəsmiləri, həmçinin Avropa Komissiyasının nümayəndələri ilə görüşlə yanaşı taxıl ixracı ilə bağlı iclasda iştirak edəcək. 

Xatırladırıq ki, ABŞ- ın Dövlət katibi Blinken bu günlərdə Prezident İlham Əliyevə zəng edərək köməkçisinin Azərbaycana gəlməsinə icazə verilməsini xahiş etmişdi. Rəsmi Bakı isə qarşılıqlı səfərlər şərti ilə buna razılığını bildirmişdi...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN