“İnternetdə müxtəlif çıxışlar görürsünüz: “ Özbəkistanla bunu edək, onu edək”. Özbəkistan heç vaxt kiminsə müstəmləkəsi olmayacaq. Siz bunu bilirsiniz, bunu sizə izah etməyə ehtiyacım yoxdur. Bu sizin hamınızın ürəyindədir”.

TEZADLAR.AZ  gazeta.uz-a istinadən xəbər verir ki, bu sözləri dekabrın 25-də gənclərlə görüşdə Özbəkistan Respublikasının Ali Məclis Senatının sədri Tənzilə Narbayeva bildirib.

 Qeyd edək ki, ötən həftə yazıçı və “Ədalətli Rusiya” partiyasının həmsədri Zaxar Prilepin Özbəkistanın və keçmiş SSRİ-nin digər ərazilərinin Rusiyaya “birləşdirilməsini” təklif edib. Bəyanat Özbəkistan ictimaiyyətinin kəskin qınağına səbəb olub.

 Özbəkistan Xarici İşlər Nazirliyi Rusiyanın Daşkənddəki səfiri Oleq Malqininovu dəvət edərək ona Prilepinin bəyanatının qəsdən təxribat xarakterli olduğunu və iki ölkə xalqları arasında münasibətlərə mənfi təsir göstərə biləcəyini bildirib.

 Tezliklə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan etdi ki, Prilepinin sözləri “Rusiya Federasiyasının rəsmi mövqeyini uzaqdan belə əks etdirmir”.

 Cümə günü Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də məsələ ilə bağlı Respublika mənəviyyat və maarifçilik Şurasının iclasında “Əvvəllər məqsəd və maraqlarını diplomatiya və siyasət yolu ilə müdafiə edən dünyanın güclü mərkəzlərinin açıq təzyiq, qarşıdurma və münaqişə yoluna keçdiyinin şahidi oluruq” deyib.

***

Təəssüflə qeyd edək ki, hələ də Rusiyada keçmiş SSRİ-nin “xortlamasını” gözləyənlər, nostaljiyə qapananlar var... Və bu barədə ara-sıra mesajlar verilməkdədir. Əvvəllər bu missiyanı  Rusiya Dövlət Dumasının deputatı, RLDP-nin lideri Vladimir Jirinovski yerinə yetirirdi. Görünür, onun da davamçıları var... Lakin “qatar çoxdan gedib”. Olmayacaq bir işə “amin” demək olmaz! Arabir sərsəm bəyanatlar verənlər bunu dərk etsələr daha yaxşı olar – “xəyal plov” yemək əziyyətindən qurtulmuş olarlar.

 

Y.MƏMMƏDLİ   

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN