Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ann Bulyon Xarici İşlər Nazirliyinə çağırılıb.

Azərbaycan Xarixi İşlər Nazirliyinin mətbuat xidmətindən "Təzadlar"a bildirilib ki, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun gəlməyən və Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına zidd olan fəaliyyətinə ciddi etiraz bildirilmiş və Fransa səfirinin diqqətinə çatdırılmışdır ki, onlar Azərbaycan hökuməti tərəfindən “persona non-qrata” (arzuolunmaz şəxs) elan edilib. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri tələb olunub və Xarici İşlər Nazirliyinin müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Fransa hakimiyyətinin xeyli müddətdir özünü Ermənistanpərəst göstərməsi bir yana, həm də Azərbaycan əleyhinə təxribat xarakterli addımlar atması da davam etməkdədir. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN