...30 illik erməni zülmünə müsəlman ölkəsi-din qardaşı kimi susan, bu azmış kimi, Ermənistana 30 illik işğal dövründə yardımlarını əsirgəməyən İranın dini rəhbərlərinin son hədələrinin mürəkkəbi hələ qurumayıb...

İki həftə əvvəl isə İrandan Ermənistana, oradan da Qarabağa müəmmalı yük daşıyan iranlı sürücülərə də təpinən olmamışdı... İndi Rəsmi Tehran prezident İlham Əliyevin İranın Azərbaycanla sərhəddə niyə hərbi təlimlər keçirdiyini anlamaması barədə dünənki bəyanatına cavab verir... Yaxşı, niyə bircə dəfə bu sürücülərə təpinən, qonşuluq prinsipini başa salan olmadı? İndi Azərbaycana "şirin quyruğu" ilə hədə gəlmək nə demək?

Bu gün isə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Hatibzadə Azərbaycan prezidentinin İranla Azərbaycan sərhəddində keçirilən hərbi təlimlərə verdiyi qiyməti "məyusedici" adlandırıb. "İki ölkənin etimadlı münasibətləri fonunda Azərbaycan prezidentinin bu cür qiymətləndirmələri çox məyusedicidir", - Hatibzadə çərşənbə axşamı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bu mövzu (hərbi təlimlər) Nyu-Yorkda keçirilən görüşdə İran və Azərbaycan xarici işlər nazirləri arasında ətraflı müzakirə olunub və onların davam etdirilməsi barədə razılıq əldə edilib. İran hər zaman hər hansı bir ərazinin işğalına qarşı olub və ölkələrin suverenliyinə, sərhədlərinə və ərazi bütövlüyünə hörmət edib, o deyib. İranın Azərbaycanın sərhədləri yaxınlığında bilavasitə keçirilən hərbi təlimlərə toxunan Hatibzadə nədənsə İsraili xatırladıb. "Bu, təhlükəsizlik məsələsidir və (təlimlər) bütün regionun sabitliyi üçün keçirilir. İran, əlbəttə ki, öz sərhədləri yaxınlığında sionist rejimin mövcudluğuna dözməyəcək və öz təhlükəsizliyi üçün lazım olan hər şeyi edəcək", - Hatibzadə bildirib. Eyni zamanda, iranlı diplomat Tehranın Bakının onun suverenliyinə hörmət etmək tələbinə məhəl qoymaması ilə bağlı İlham Əliyevin ittihamlarına cavab verməyib.

***

Bəli, İran Azərbaycanın təkidli xəbərdarlıqlarına baxmayaraq, yük maşınlarını Qarabağa göndərməkdə davam edir.Hansı ki, bir gün öncə Azərbaycan prezidenti İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində İranın Azərbaycan sərhədlərinin yaxınlığında hərbi təlimlər keçirməsini "anlaşılmaz" adlandırıb. "Hər bir ölkə öz ərazisində hərbi təlimlər keçirməyə haqlıdır, amma nəyə görə məhz indi və nə üçün bizim sərhədimizdə?"- Əliyev deyib və ümid etdiyini bildirib ki, İranla uzunmüddətli əməkdaşlığa xələl gəlməyəcək. 

Amma faktdır ki, İranın bəzi rəsmi dairələri bilərəkdən, yaxud bilməyərəkdən mövcud münasibətlərə xələl gətirəcək addımları atırlar. Artıq heç kimə o da sirr deyil ki, Ermənistan və Rusiya qoşunlarının bəzi bölmələri 1990-cı illərdə, sonralar 1993-cü ildə ərazilərimizi işğal edəndə kəndlərimiz iranlı iş adamlarına "optavoy" satılıb. Bunu hamı bilir, şübhəsiz ki, İran rəsmiyyəti də bilməmiş deyil... Zəngilan və Cəbrayılla qonşu İran ərazilərini müşahidə edən yerli sakinlər deyir ki, durbinlə baxanda əvvəllər Xudafərin istiqamətində-Araz boyu İranın kəndləri 90-cı illərdə nimdaş görkəmdə idi. İşğaldan bir-iki il sonra hamısının üstü qırmızı dəmir örtüklə bəzədilmişdi...

Bax belə. Kimsə özgədə günah axtarırsa, əvvəlcə güzgüyə baxsa yaxşıdır...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN