Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili paytaxt Tiflisdə saxlanılıb. Mixail Saakaşvilinin belə tələm -tələsik Gürcüstana gəlməsi nə bağlıdır? Hansı ki, hakimiyyət ölkəyə gələrsə, onu dərhal həbs edəcəyi barədə xəbərdar da etmişdi...

Strateji Planlaşdırma və Araşdırmalar İnstitunun rəhbəri, politoloq Azad Məsiyevin bu barədə maraqlı fikirlərini oxuculara təqdim edirik:

- 2003-cü ilin oktyabrında ABŞ-da hazırlanmış plan əsasında, eləcə də ABŞ-ın siyasi və maliyyə dəstəyi ilə Gürcüstan Respublikasında həyata keçirilmiş qızılgül inqilabı  əsasında Mixail Saakaşvili hakimiyyətə gətirildi. Hakimiyyətə gələn andan Saakaşvili gürcü xalqının mənafeyinə deyil, ABŞ-ın strateji planlarını həyata keçirməyə xidmət etməyə başladı. Bəli, daxildə korrupsiyaya qarşı addımlar atdısa da, bu hələ gürcü xalqının sosial problemlərinin həlli demək deyildi. Saakaşvili rəhbər olaraq özünü gürcü xalqının prezidenti kimi deyil, ABŞ-ın səfiri kimi aparırdı. Qonşu Rusiya ilə, eləcə də milli məsələlərdə yalnışlıqla yol verdi... Bunun da nəticəsində Gürcüstan torpaqlarının bir hissəsini itirməli oldu. ABŞ-ın təlimatı ilə hərəkət edən Saakaşvili  Gücüstanı qonşusu olan Rusiya ilə düşmənçilik vəziyyətinə gətirdi, bu günə kimi Gürcüstan və Rusiya arasında soyuqluq davam etməkdədir. Gürcüstanın indiki siyasi hakimiyyəti çalışır ki, Saakaşvilinin fəaliyyəti nəticəsində Gürcüstanı düşdüyü bataqlıqdan çıxartsın, bu baxımdan qonşuları ilə ikitərəfli münasibətləri yaxşılaşdırmaq istiqamətində fəaliyyətini gücləndirmişdir. Gürcüstanın indiki rəhbərliyinin belə siyasəti ABŞ-da narahatlıq yaradır. Bildiyiniz kimi, Türkiyə prezidenti R.T.Ərdoğanın Cənubi Qafqazda sülhün, əminamalığın və tərəqqinin əldə edilməsi üçün “3+3”,  yəni altılıq platformasını təklif etmişdir, bu sahədə intensiv danışıqlar davam etməkdədir. Bu ideyanı Azərbaycan, Rusiya və İran birmənalı qəbul edir, Ermənistan açıq mövqe bildirmir, Gürcüstan isə hələlik tərəddüd edir. “3+3”  ideyasının həyata keçməsi ABŞ-ın maraqlarına uyğun gəlmir, belə olduğu halda Cənubi Qafqaz ABŞ-ın təsir darəsindən uzaqlaşa bilər.

Onu da deyim ki, son zamanlar Gürcüstan rəhbərliyi ilə həm Türkiyə, həm də Azərbaycan prezidentlərinin görüşlərinin intensivləşməsi, Gürcüstanın məlum altılıq platformasına daxil olma ehtimalının olması ABŞ-da narahatlıq yaratmaqdadır. Bu baxımdan ABŞ yetişdirdiyi kadrı Mixail Saakaşvilini təlimatlandıraraq, tələm- tələsik Gürcüstana göndərdi. Saakaşvilinin gəlişi Gürcüstanın indiki hakimiyyətinə ABŞ-ın  bir mesajdır.

-Bu nə mesajdır?

-ABŞ-ın müvafiq dairələri Gürcüstanın indiki hakimiyyətinə xəbərdarlıq etmək istəyir ki, əgər Gürcüstan məlum altılıq ideyasını dəstəkləyərsə, bu halda Gürcüstanda yeni inqlab baş verə bilər. Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarmışdır və müvafiq fərmanla onu Ukrayna dövlətində İslahatların İcraiyyə Komitəsinin rəhbəri təyin etmişdir. Bir qədər haşiyə çıxmaq yerinə düşərdi. Ukrayna dövlətində İslahatların İcraiyyə Komitəsi ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir, bu qurum vasitəsi ilə Ukrayna bir dövlət olaraq ABŞ tərəfindən islahatlar adı altında təsir dairəsinə alınır... Mixail Saakaşvili Ukrayna prezidenti Vladimir Zelenskinin müvafiq fərmanla ilə yüksək vəzifədə olmasına baxmayaraq, yaxşı bilirdi ki, onun barəsində Gürcüstanda cinayət işi açılıb, Gürcüstana gəldiyi halda saxlanılacaq. Amma Saakaşvili məqsədli şəkildə, inadkarlıqla Gürcüstana gəldi, təbii olaraq hüquq mühafizə orqanları tərəfindən saxlanıldı. Mixail Saakaşvilinin arxasında ABŞ-dakı və Avropa İttifaqındakı müəyyən dairələrin dayanığı sirr deyil, görünür, yaxın vaxtlarda həmin dairələr Gürcüstanda yeni siyasi şoular yaradacaqlar...

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN