Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Misir Cumail oğlu Mərdanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Mərdanov Misir Cumayıl oğlu 1946-cı il oktyabrın 3-də Ermənistanın Göyərçin kəndində ziyalı ailəsində anadan olub. Yeddiillik təhsilini Salah kənd məktəbində, on illik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində alıb.

M.Mərdanov 1964-cü ilin martında Bakı şəhərinə gələrək, eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunub. 1969-cu ildə həmin fakültəni fərqlənmə diploma ilə bitirib və təyinatla Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlayıb. Həmin ilin noyabrında Azərbaycan Dövlət Universitetinin aspiranturasına qəbul edilib.

O, 1973-cü ildən ADU-nun Həndəsə kafedrasında assistant kimi fəaliyyətə başlayıb. 1973-cü ilin mayında Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında “İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1973 cü il 28 sentyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 1973-1980-ci illərdə mexanika-riyaziyyat fakültəsinin Həndəsə kafedrasında assistent, baş müəllim kimi analitik həndəsə və diferensial həndəsə fənlərindən məşğələ dərsləri aparıb, mühazirə oxuyub və eyni zamanda Diferensial tənliklər kafedrasında ixtisas kursundan mühazirələr aparıb.

1978-1989-cu illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini, 1980-1989-cu illərdə Diferensial tənliklər kafedrasının dosenti kimi “Optimal idarəetmənin riyazi üsulları və variasiya hesabının əsasları” fənnindən mühazirə oxuyub və ixtisas kursları aparıb. 1981-ci il 25 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını alıb.

1989-cu iliyun ayının 6-da Ukrayna Elmlər Akademiyası Riyaziyyat İnstitutunun ixtisaslaşdırılmış Dissertasiya Şurasında “Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1989-cu il 3 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

1989-cu ilin [[iyun|iyun ayından 1992-ci ilin oktyabrına qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində Ali Təhsil İdarəsinin rəisi və nazir müavini vəzifələrində işləyib.

1992-ci ilin oktyabrından 1996-cı ilin oktyabrına qədər Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, 1996-cı ilin oktyabrından 1998-ci il martın 25-nə qədər Bakı Dövlət Universitetinin rektoru vəzifələrində çalışıb.

M.Mərdanov 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidentidir. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində Riyaziyyat üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədri olub. 1998-ci ilin martından 2013-cü il aprelin 18-nə qədər Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində işləyib.

2000-ci il yanvarın 28-dən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, 2005-ci il aprelin 27-dən Rusiya Təhsil Akademiyasının xarici üzvü, 2011-2014-cü illərdəTürkdünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, 2013-cü ilin mayından AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, 2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti, 2014-cü il оktyabrın 28-dən pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir. “Azerbaijan journal of Mathematics” jurnalı redaksiya heyətinin üzvü, “AMEA Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalının baş redaktoru, “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının beynəlxalq redaksiya heyətinin,“Чебышевский сборник” jurnalının beynəlxalq redaksiya heyətinin üzvüdür. O, riyaziyyat üzrə bir elmlər doktorunun elmi məsləhətçisi olub və yeddi nəfər fəlsəfə doktoru hazırlayıb.

2017 -ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına riyaziyyat üzrə müxbir üzv seçilib. Onun elmi tədqiqatları adi, xüsusi törəməli, gecikən arqumentli diferensial tənliklər və diskret sistemlərlə təsvir olunan məsələlərdə optimallıq üçün zəruri şərtlərin alınmasına həsr edilib. O, neytral tipli gecikən arqumentli tənliklərlə təsvir olunan optimal idarəetmə məsələsi üçün neytrallıq tənliyə xətti daxil olmadıqda; idarəedici funksiyaya sonlu sayda gecikmə daxil olan sistemlər üçün ilk dəfə olaraq Pontryaginin maksimum prinsipini isbat edib; məxsusi idarəedicinin optimallığı üçün daha güclü ikinci tərtib zəruri şərtlər isbat edib; Geniş sinif-müxtəlif məhdudiyyətləri olan optimal idarəetmə məsələləri üçün Pontryaginin maksimum prinsipini, həmçinin ikinci tərtib zəruri və kafi şərtlər isbat etmək məqsədi ilə yeni, vahid metod işlənib. Təklif olunan metod, məlum metodları tətbiq edərkən ortaya çıxan bəzi prinsipial çətinlikləri aradan qaldırmağa imkan verib. Həmin çətinliklərə-idarəediciyə daxil olan gecikmələrin bir-biri ilə müqayisə oluna bilməməsi, tədqiq olunan ekstremalın normallıq şərtini ödəməməsi, faza məhdudiyyətlərinin olması, tənliyin sağ tərəfinin zamana görə ölçülən olması və zamanın qeyd olunmaması daxildir. Gecikən arqumentli sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün yeni ikinci tərtib zəruri şərtlər isbat edilib. Diskret sistemlərlə xarakterizə olunan daha geniş sinif optimal idarəetmə məsələlərinin həlli üçün yeni anlayışlar daxil edilib və daha səmərəli metod işlənib, onların tətbiqi ilə optimallıq üçün daha güclü birinci və yüksək tərtib zəruri şərtlər alıb. Təklif olunan üsulun köməyi ilə analoji nəticələr paylanmış parametrli Qursa-Darbu tənlikləri ilə təsvir olunan idarəetmə məsələləri üçün isbat edib. İdarəedici funksiyalarda gecikmə olan proseslərdə ilk dəfə olaraq, idarəedici funksiyanın optimallığı üçün Kelli, Koop-Mayer və bərabərlik tipli zəruri şərtlər ardıcıllığı alıb. O, son illərdə diskret tənliklərlə təsvir olunan idarəetmə məsələləri üçün yeni optimallıq şərtlərinin alınması istiqamətində tədqiqatlarını davam etdirir. Eyni zamanda, diskret sistemlərlə təsvir olunan optimal idarəetmə məsələlərinin həlli zamanı yeni γ, γ ± - qabarıq çoxluq anlayışları verərək Pontryaginin maksimum prinsipinin yeni diskret analoqunu və ikinci tərtib çox nöqtəli zəruri şərtlər alıb, funksionalın sıfırıncı, birinci və ikinci tərtib variasiya anlayışlarını yeni formada verərək daha güclü və konstruktiv optimallıq şərtləri isbat edib. Həmçinin klassik variasiya məsələlərində güclü ekstremum üçün yeni zəruri (birinci və ikinci tərtib) və kafi şərtlər alıb. Bu zəruri şərtləri mümkün funksiyaya yeni tip variasiya verərək, kafi şərtləri isə funksionalın invariant qalmasının yeni variantını tətbiq edərək isbat edib. MisirMərdanov “Azərbaycan təhsil tarixi” fundamental dördcildliyin, “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” adlı fundamental çoxcildliyin, təhsillə bağlı 10 kitabın və 120 məqalənin müəllifidir. Misir Mərdanov riyaziyyata aid beş monoqrafiyanın, 150 məqalənin (onlardan 40-ı Clarivateanalyticsin siyahısında olan jurnallarda çap olunub), orta məktəblər üçün 20 dərslik və dərs vəsaitinin, ölkənin görkəmli şəxsiyyətləri ilə bağlı 64 məqalənin müəllifidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN