...Gürcüstanda yenidən siyasi gərginlik yaşanmaqdadır...

Səbəb bir tərəfdən Saakaşvilinin saxlanılması, digər tərəfdən isə bu gün ölkədə seçkilərin keçirilməsidir... Elə buna görədir ki, "Biz imkan verməyəcəyik ki, hansısa təxribatçı seçki məntəqələrində müəyyən iğtişaşlar, təşviş və xaos yaratsın", -deyə baş nazir İrakli Qaribaşvili səs verdikdən sonra müsahibəsində belə deyib. Baş nazirin sözlərinə görə, partiyasından asılı olmayaraq, hər kəs qanun çərçivəsində cavab verəcək: “Bu gün Zuqdidi də daxil olmaqla, bəzi təxribatlar təşkil etmək cəhdləri olub, lakin polis, əlbəttə ki, vəzifəsini yüksək icra edir, onlara təşəkkür etmək istəyirəm. Biz imkan verməyəcəyik ki, hansısa təxribatçı seçki məntəqələrində müəyyən iğtişaşlar, təşviş və xaos yaratsın. Hansı partiyanı təmsil etməsindən asılı olmayaraq hər kəs qanun çərçivəsində cavab verəcək", - deyə İ. Qaribaşvili bildirib.

Bütün hallarda ölkədə siyasi sabitliyin olması gürcü xalqının vacib arzusudur... Nəzərə alaq ki, Gürcüstanla Rusiya arasında gərginlik pik həddədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN