«Təzadlar» qəzeti redaksiyasına göndərilmiş həmin müraciətin Azərbaycan dilinə çevrilmiş tərcüməsini təqdim edirik:

Rusiyanın Azərbaycan icması ictimai təşkilatlarının rəhbərlərinə və fəallarına müraciət

Əziz həmvətənlər!

Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin Şuşa şəhərində 25 aprel 2022-ci ildəki tarixi nitqində dünya azərbaycanlıları nümayəndələriunə müraciət edərək, aşağıdakı iki məsələni xüsusi qeyd etmişdi:-

1)Yaşadıqları ölkələrdə Azərbaycan dilini qorumaq və saxlamaq;

2)Daim Azərbaycanla əlaqə saxlamaq, öz tarixi vətəninə imkan qədər tez-tez baş çəkmək.

 Məlum olduğu kimi, bu vəzifələrdən birincisi Rusiyanın azərbaycanlı icması üçün xüsusilə aktualdır, çünki bizim icmanın gənc nəslinin assimilyasıyası təhlükəli miqyas almışdır. Prezident İlham Əliyevin başlıca tövsiyəsini yerinə yetirmək və Azərbaycan dilini və deməli, Rusiya Federasiyasındakı azərbaycanlı icmasını qorumaq üçün biz – icma fəalları iki məsələni həll etməliyik:

-Bizim icmanın kompakt yaşayış regionlarındakı ümumtəhsil məktəblərində, hansılarının ki, sırasına Rusiya Federasiyasının 30-dan çox vilayətlərini göstərmək olar, Azərbaycan dilinin öyrənilməsini təşkil etmək;

-Dövlət Duması tərəfindən “Rusiya Federasiyası xalqlarının dili haqqında” Federal Qanuna görə, hansı kı, Dağıstan Respublikasında Azərbaycan dilinin öyrənilməsi zamanı latın qrafikasından istifadəyə icazə vermir, bunun dəyişdirilməsinə nail olmaq.

 Ikinci istiqamət üzrə bizim Mərkəz Dağıstanın azərbaycanlı icması ictimai təşkilatları ilə birgə RF Dövlət Duması, RF Maarif Nazirliyi, RF Xalq Məclisi, RF təhsil və elm Nazirliyi ilə intensiv işlər aparır. Birinci istiqamət üzrə biz inamla irəliyə doğru hərəkət edirik və son vaxtlar əhəmiyyətli nəticələr əldə etmişik: 2022-ci il aprelin 29-da Rusiya Maarif Nazirliyinin Metodoloji Komissiyası yekdilliklə bizim Mərkəzin yaradıcı qrupu tərəfindən hazırlanmış “Ana (Azərbaycan) dili” fənninin Nümunəvi tədris proqramını qəbul etmişdir. Proqramı ümumtəhsil məktəblərin Federal reestr proqramlarına daxil etmişlər (https://fgosreestr.ru/oop/primernaia-rabochaia-programma-rodnoi-azerbaidzhanskii-iazyk-dlia-1-4-klassov-nachalnogo-obshchego-obrazovaniia).

Nəzərə alsaq ki, hələ 2020-ci ildə tərəfimizdən 2-ci sinif üçün Azərbaycan dili dərsliyi nəşr edilmişdir və biz sentyabrın birinə qədər 3-cü sinif üçün, həmçinin dekabrın 31-nə qədər 4-cü sinif üçün dərsliyin buraxılmasını nəzərdə tutmuşuq, o zaman Azərbaycan dilinin əsas tədris-metodoloji elementləri kompleksinin yaradılmasını artıq bu il yekunlaşdıracağıq. Bütün bu tədris-metodoloji materiallar Federal dövlət təhsil standartlarının (RF FDTS) tələblərinə uyğun yaradılmışdır ki, bu, Rusiyanın təhsil sistemi tarixində ilk olmuşdur. Bütün bu işlər Moskva şəhərinin aparıcı ali təhsil məktəbləri ilə birlikdə müəllif kollektivinin köməkliyilə Azərbaycan dili müəllimlərinin yenidən hazırlanması və ixtisaslarının artırılmasının təşkil edilməsinə imkan yaradır.

 Beləliklə, Rusiyada Azərbaycan dilinin taleyi Azərbaycan icmasının ictimai təşkilatlarının əlindədir: onlara yalnız o qalır ki, gənc valideynləri müvafiq məktəblərə toplasınlar və “Ana (Azərbaycan) dili” fənninin tədris cədvəllərinə salınması barəsində ərizə ilə müraciət etsinlər.

 Rusiya Federasiyasının qanunvericiliyi bizim böyük vətənimizin xalqlarının dillərinin və mədəniyyətlərinin, o cümlədən də Azərbaycan dilinin, öyrənilməsi üçün bütün hüquqları təmin edir.

Gəlin bütün qüvvələrimizi və imkanlarımızı bizim icmanın bu taleyüklü probleminin həyata keçirilməsinə yönəldək!

Azər Səfərov, 

“Azərbaycan dili və mədəniyyəti üzrə Elmi-metodiki və tətbiqi layihələr mərkəzi İdarə Heyyətinin cədri, i.e.n. dosent

(Rus dilindən tərcümə Nərminə Hacıyevanındır).

 Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA