Ukrayna və Slovakiya səkkiz “Zuzana 2” özüyeriyən haubitsasının tədarükünə dair müqavilə imzalayıb.

Tezadlar.az “European Pravda”ə istinadla xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nağı “Twitter” səhifəsində yazıb.Sitat: “Mən şadam ki, Ukrayna üçün “Zuzana 2” haubitsaları üçün müqavilə imzalanıb – səkkiz ədəd Ukraynaya çatdırılacaq”.

"Təzadlar" xatırladır ki, Slovakiya prezidenti Zuzana Çaputova Ukraynaya səfər edib, çərşənbə axşamı rus qoşunları tərəfindən dağıdılmış İrpen və Borodiankaya baş çəkib. Prezident Aparatının rəhbərinin müavini Andrey Sibiqa bildirib ki, Çaputova Kiyevdə prezident Vladimir Zelenski ilə də görüşüb. "Zuzana Zuzanları təsdiqlədi" - Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputovanın Kiyevə səfəri məhz bu şüar altında keçirilir. "Zuzanalar" da Slovakiyanın 155 mm-lik özüyeriyən silahlarıdır. 

Bu isə o deməkdir ki, Ukrayna-Rusiya cəbhəsinə yeni döyüş manevrləri daxil ediləcək. Artıq Böyük Britaniya və ABŞ da Ukraynaya uzaqmənzilli raket komplekslərini tədarük etməyi qərarlaşdırıb...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA