Bu gün bəlli oldu ki, Ukraynanın Dövlət İstintaq Bürosu (DİB) Ali Radanın deputatı Viktor Medvedçukun işi ilə bağlı ibtidai istintaqı başa çatdırıb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadən verdiyi məlumata görə, “Müxalifət Platforması - Həyat üçün” partiyasından olan deputat Viktor Medvedçukun işi ilə bağlı ittiham aktı məhkəməyə təqdim edilib. İş üzrə Viktor Medvedçuk dövlətə xəyanətdə və müharibə qanunlarını pozmaqda ittiham edilir. İstintaqın gəldiyi qənaətə görə, Viktor Medvedçuk Rusiya rəhbərliyinə Ukraynaya qarşı təxribat fəaliyyətinin həyata keçirilməsində yardım edib. Təqsirləndirilən şəxsi əmlakı müsadirə edilməklə 15 ilədək azadlıqdan məhrum etmə zadlar.az cəzasının gözlədiyi bildirilib.

Təəssüf ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi iki ölkənin nüfuzlu şəxslərinə qarşı ittihamların irəli sürülməsinə gətirib çıxarıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA