Nəhayət, uzun müzakirələrdən sonra ABŞ Dövlət Departamenti Ukrayna rəhbərliyindən Qərb silahlarının Rusiyadakı hədəflərə qarşı əməliyyatlarda istifadə olunmayacağına dair zəmanət aldıqlarını təsdiqləyən sənədləri açıqlayıb...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı bildirib. O, deyib ki, Ukrayna Rusiyanın hücumuna cavab vermək hüququna malikdir və ABŞ müttəfiqləri ilə birlikdə Ukrayna Silahlı Qüvvələrini müdafiə silahları ilə təmin etməyə borcludur. Məqsəd təcavüzkarın qarşısını almaqdır... Sitat: “Düzdür, biz ukraynalı tərəfdaşlarımızdan Rusiya ərazisindəki hədəfləri vurmaq üçün bu silahlardan istifadə etməyəcəklərinə dair təminat almışıq. Ukraynadakı döyüşlərin hər mərhələsində ABŞ və digər ölkələr ukraynalı tərəfdaşlarına tam olaraq istədikləri şeyi təqdim ediblər. Məqsədimiz bu müharibəni bitirmək üçün əlimizdən gələni etməkdir... İndi müharibəni uzatmağa çalışan Rusiyadır. Əgər Ukrayna bu gün mübarizəni dayandırsa, sabah suveren, müstəqil Ukrayna dövləti olmayacaq. Əgər Rusiya bu gün döyüşü dayandırsa, o zaman müharibə olmayacaq”.

Rusiya rəhbərliyindən hələki bu bəyanata cavab verilməyib və təəssüflər olsun, müharibə davam edir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA