DÜNƏN ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın terrorizmin dövlət himayədarı kimi tanınmasına dair qətnaməni dəstəkləyib.

Tezadlar.az "Amerikanın Səsi" radiosuna istinadla bildirir ki, Bu qətnamə ABŞ dövlət katibi Entoni Blinkenə Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağırışdır. Senatorlar həmçinin aclığın müharibədə silah kimi istifadəsini pisləyən və münaqişənin qlobal ərzaq təhlükəsizliyinə təsirini tanıyan qətnaməyə də səs veriblər. Komitədə səsvermə o demək deyil ki, Rusiya Federasiyasının terrorizmin sponsoru kimi yekun tanınması - müvafiq qərarı Ağ Ev administrasiyası qəbul etməlidir. Bunu “Amerikanın Səsi” üçün eksklüziv şərhində Xarici Əlaqələr Komitəsinin üzvü, demokrat senator Kris Kuns deyib. Lakin faktdır ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müharibə elan etməsi və işğala yol açması ortadadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN