Ötən gecə Türkiyənin tanınmış dövlət xadimi, siyasətçi və hüquqşünas, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykal vəfat edib.

Pin It

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında paylaşım edib.

Pin It

“Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu sözdə deyil, əməldə təsdiqi ilə dünyanın diqqətindədir. Qardaş ölkədə böyük dağıntılara, insan tələfatına səbəb olan təbii fəlakətin yaratdığı acını Türkiyə xalqı ilə birgə yaşayan dövlətimiz, xalqımız ilk gündən səfərbər oldu. Tarixin bütün sınaqlarından, çətinliklərindən hər zaman şərəflə çıxan qardaş ölkənin bu acını da arxada qoyub hədəflərinə doğru inamla irəliləyəcəyinə əminik. Türkiyə  gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə  güclü dövlətdir. Zəlzələnin baş verdiyi 6 fevral tarixindən dünyanın 70-ə yaxın ölkəsi dost, qardaş ölkəyə yardımlarını əsirgəmədi. İlk dəstəyini, yardımını göstərən isə  Azərbaycan oldu. Bir daha nümayiş edildi ki, əsl qardaş dəstəyi necə olmalıdır. Prezident İlham Əliyev türk dünyasına “Gücümüz birliyimizdədir” çağırışını edərkən daim bu fikri də xüsusi qeyd edir ki, bir ölkənin problemi digərinin problemi kimi qəbul olunmalı, aradan qaldırılması üçün birgə səylər göstərilməli, addımlar atılmalıdır. Bu, Azərbaycan dövlətinin təqdim etdiyi  dostluq, qardaşlıq  formulunun əsas prinsipidir. Böyük öndərlər - Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” çağırışları tarixin sınaqlarından çıxan, illər keçdikcə daha da möhkəmlənən bağlılığın, birliyin, həmrəyliyin təqdimatıdır. Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Bu birlik beynəlxalq səviyyədə də belə qəbul olunur ki, Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan ölkələr yoxdur.”

Pin It

Ukrayna prezidenti Vladimir Zelenski rəsmən bildirib ki, Böyük Britaniya Ukraynaya, xüsusən də uzaqmənzilli silahların daxil olduğu “güclü müdafiə paketi” verməyə hazırdır.

Pin It

ABŞ prezidenti Co Bayden ötən gün çıxışında Rusiyanın Ukraynadakı müharibəsini dünya üçün ən böyük sınaq adlandırıb və dövlətlərin lazım olduğu müddətdə ukraynalıları dəstəkləyəcəklərinə əmin edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN