Xəbər verdiyimiz kimi, bu gün Finlandiyanın paytaxtı Helsinki şəhərinin “Bolt Arena” stadionunda “Neftçi” klubu ilə Finlandiyanın HJK klubu qarşı-qarşıya gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən əldə etdiyimiz məlumatda bildirilir ki, Finlandiyada yaşayan 40 azərbaycanlı futbol azarkeşi oyunu stadionda canlı izləyəcək və komandamıza mənəvi dəstək göstərəcək.

Qeyd edək ki, azarkeşlərin oyunu canlı izləməsi təşəbbüsünü Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru Ülviyyə Cabbarova irəli sürüb, Diasporla İş üzrə Dövlət Komitəsi təşəbbüsü dəstəkləyib və azarkeşlərin biletlərini alıb.

Onu da xatırladaq ki, HJK - "Neftçi" oyunu UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində keçirilir. Bakıdakı ilk oyun heç-heçə başa çatıb (2-2). Bu cütlüyün qalibi növbəti mərhələdə Türkiyənin “Fənərbaxça” komandasına rəqib olacaq.

"Neftçi" klubuna beynəlxalq futbol matçında uğurlar arzulayırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN