booked.netbooked.net booked.net  

Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltəraş-rəssam Cümşüd Rəşid oğlu İbrahimli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini, Azərbaycan Rəssamlar İttifaqının İstehsalat-Yaradıcılıq Kombinatını, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Qurban oğlu Xəlilovu və Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Yusif qızı Məmmədəliyevanı məhkəməyə verib.

Pin It

Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltəraş-rəssam Cümşüd Rəşid oğlu İbrahimli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini, Azərbaycan Rəssamlar İttifaqının İstehsalat-Yaradıcılıq Kombinatını, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Qurban oğlu Xəlilovu və Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Yusif qızı Məmmədəliyevanı məhkəməyə verib.

Bu barədə Tezadlar.az-a heykəltəraş-rəssam Cümşüd İbrahimli özü məlumat verib.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edən C.İbrahimlinin surəti redaksiyamıza daxil olan iddia ərizəsində bildirilir ki, o, məsələ ilə əlaqədar Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovla görüşdə xahiş edib ki, mədəniyyət naziri Anar Kərimovla görüşüb bu məsələni nazirin nəzərinə çatdırsın: “Fərhad Xəlilov cavab verdi ki, nazir Anar Kərimovla görüşüb və nazirin cavabı bu olub ki, layihəni görüb, bəyənib, lakin layihəyə Prezident də baxmalıdır. Təklif edib ki, müəllif daha bir layihə də hazırlasın, Prezidentin seçim imkanı olsun. F.Xəlilov tapşırdı ki, tezliklə yeni variant layihə yarat gətir, nazirə çatdırım, o da cənab Prezidentə təqdim etsin. (Əgər sədrlə nazir arasında belə söhbət olmuşdursa, vaxtında mənə niyə xəbər verməyib? Nə qədər vaxt itirdik!)

Mən də tanınmış dizayner Şərif Yolçuyev və dizayner-vizualizator Fərid Əlili ilə görüşüb bu sifariş üstündə işlədik. Daha möhtəşəm, canlı təsviri kompüter üsulu ilə əyani görünüşlü bir yox, iki layihə variantları üzərində işlədik və 10 gün ərzində tamamlayıb Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilova təqdim etdim. İdarə heyətinin katibləri - Xalq rəssamı, akademik Salxab Məmmədov və məsul katib, Əməkdar incəsənət xadimi Rafiq Kərimov baxdılar və bəyəndilər. F.Xəlilov şəxsən bəyənib seçdiyi 5-6 fotonu və layihəni nazirə çatdırmalı idi.

Burada çox maraqlı və müəmmalı hadisə baş verdi. Mən ARİ-nın sədrinin otağından layihələrimin bəyənilib qəbul edildiyindən məmnun halda xudahafizləşib çıxdığım zaman Fərhad müəllim arxamca kabinetdən çıxıb məni saxladı ki, layihə fotolarından birini də götürmək istədi (bəhanə imiş). Mən fotoları ona təqdim etdim, o da seçib götürdü və mənə “bax, bunları sənin üçün edirəm” dedi. Mən də minnətdaram, təşəkkür edirəm deyə, öz razılığımı bildirdim. O isə yenə “bax, sənin üçün edirəm” deyə iki dəfə təkrarlasa da, məndən istədiyi cavabı (haqq-hesab barədə) ala bilmədiyindən narazı halda kabinetinə qayıtdı. Mən özümü itirmişdim, mənimlə belə “açıq söhbət”  olmamışdı və mən ona əlavə etmək istəmişdim ki, “mənim üçün olmasa, kimin üçün olmalıdır? 30 ildir bəyənilmiş layihələrimiz  2 nömrəli akt ilə qəbul olunmaqla 1991-ci ilin sonunda “kimlərsə” bizim (müəlliflərin) yerimizə qol çəkib qonorarlarımızı mənimsəmişlər”. İndi isə...(?)

Səhəri gün mən Fərhad müəllimə zəng etdim. Telefonumu bloklamışdı. Mesaj yazdım ki, “Fərhad müəllim, bu, bizim ümumi işimizdir, çalışaq, uğurlu iş görək, bütün işlər düzələr”. Nömrəmi blokladığı üçün bir neçə dəfə mesajlar göndərsəm də, onları da oxumamışdı. Üstündən 1 il keçdi, nə nazirdən xəbər çıxmadı.

Möhtərəm Prezidentimiz yeni il gecəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə televiziyada çıxış edən zaman Şuşadan, onun qurucusu Pənah xandan, şəhərin 270 illiyinin keçiriləcəyindən danışırdı. İntizarla gözləyirdim ki, Prezident bu an Şuşada 270 illik yubileyə “Pənah xan” abidəsinin ucaldılacağı haqqında göstəriş verəcək. Olmadı və mən bir daha ARİ-nin sədri, İYK-nın baş rəhbəri, “Pənah xan” abidəsinin texniki icraçısı F.Xəlilov və sifarişçi təşkilat Mədəniyyət Nazirliyi ilə müqavilə öhdəliyini üzərinə götürən məsuliyyətli hüquqi şəxslərin yubiley ərəfəsində belə təxribat-sabotaj əməlini başa düşə bilmirəm (?). Baş müqaviləyə əsasən abidənin icra müddətinin 1990-1993-cü illər olsa da, Qarabağ savaşına - Şuşanın işğalına görə dayanan icra sifarişçi tərəfindən təzələnmədi. Niyə?

Onu da təkrar edirəm ki, sonradan nazirin və sədrin təklifi ilə yaratdığımız əlavə layihələrdən yuxarıda qeyd etdiyim kimi, ARİ-nın sədr otağında 3 nəfər ARİ-nin İdarə heyətinin üzvlərinin bəyənib seçib götürdüyü fotolar nazirə və Prezidentə çatdırılmayıb (?). Mən nazirin köməkçisi Tamerlan müəllimdən soruşanda cavab vermişdi ki, nazirin kabinetində belə bir layihəyə rast gəlməyib. Elə bu an əlimdəki qovluqdan əlavə layihə dəsti - 7-8 ədəd foto götürüb ərizəmlə birlikdə Tamerlan müəllimə verdim və xahiş etdim ki, nazirə çatdırsın. Cavab verdi ki, nazir baxdı, bəyəndi və şöbər müdiri Nərgiz xanıma göndərdi ki, qeydiyyata salsınlar. Bir qədər sonra MN-nin 26.04.2022-ci il və 11.03.2022-ci il tarixli Ekspert aktını aldım.

Səhəri gün görüşdük, cavab verdi ki, nazir baxdı, bəyəndi və şöbə rəisi Nərgiz xanıma göndərdi ki, qeydiyyata salsınlar. Lakin bir qədər sonra Mədəniyyət Nazirliyinin cavab məktubunu aldım (26.04.2022).

“Sizin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə faks vasitəsilə göndərdiyiniz 18 aprel 2022-ci il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır.

Nəzərinizə çatdırmaq istəyirik ki, müraciətinizdə qeyd etdiyiniz Şuşa şəhərində yerləşən Pənah xanın memorial abidəsinin ucaldılması ilə bağlı AR Nazirlər Sovetinin 7 aprel 1985-ci il tarixli, 5 saylı Qərarı artıq qüvvəsini itirmişdir.

Məlumat üçün bildiririk ki, tərəfinizdən irəli sürülmüş Şuşa şəhərində Pənahəli xanın abidəsinin quraşdırılması ilə bağlı təklif 11 mart 2022-ci il tarixində keçirilmiş “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert Komissiyasının iclasında müzakirəyə çıxarılmışdır.

Bununla bağlı qeyd edirik ki, Mədəniyyət Nazirliyi tərəfindən sözügedən abidənin ucaldılması ilə əlaqədar müsabiqənin elan edildiyi təqdirdə bugünki tələblər nəzərə alınmaqla yeni eskiz layihəsi ilə iştirak edə bilərsiniz”.

Hörmətlə:

Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri İsmayıl Əbdüləzimov.

Mənim cavabım: - Etiraz edirəm! Cavab aktının ikinci abzasındakı “...AR Nazirlər Sovetinin 7 aprel 1985-ci il tarixli 5 saylı Qərarı artıq öz qüvvəsini itirmişdir” məlumatı absud, özbaşınalıqdır!

Belə ki, qanunvericilikdə hökumət (AR Nazirlər Soveti və ya Nazirlər Kabineti) Qərarları özündən aşağı nazirlik və digər təşkilatlar tərəfindən ləğv edilə bilməz - özü də Şuşanın 270 illik yubileyi ərəfəsində.

AR İPM-nin 122-ci maddəsinə əsasən:

122.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər.

122.2. İddia normativ xarakterli aktın qəbul edilməsi və ya tətbiq olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən qaldırıla bilər.

122.3. İddia ərizəsi bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir.

AR-nın müəllif hüquqları sahəsində fəaliyyəti tənzimləyən qanunları var.

Maddə 14.1. V- əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və  müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ)

Maddə 19.9. İstifadədən götürmək də daxil olmaqla, əsərin istənilən formada açıqlamaq və ya açıqlamasına icazə vermək hüququ (açıqlama hüququ).

AR Mülki Məcəlləsinin məqsəd və vəzifələrinin təməlini qoyan Maddə 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.

AR MPM-nin 1.3-cü maddəsinə əsasən  Mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz.

Abidənin müəllifi kimi sonralar Salxab müəllimə demişdim ki, telefondakı mesajlarımı oxusun. Bu ilin əvvəllərində ARİ-da növbəti rəssamlıq sərgisinin açılışından sonra Fərhad Xəlilov kabinetinə yaxınlaşanda mən də ona yaxınlaşıb mənə olan münasibətini öyrənmək istəyirdim. Məni görcək Salxab müəllim də kabinetə yaxınlaşırdı - Fərhad müəllim hündürdən qışqıraraq: - “Salxab, sənin dostun Cümşüd ən pis adamdır” deyə məni təhqir etdi. Mən səbəbini bilmək istəyirəm deyəndə, o kabinetinə keçdi və “girmə bura” dedi və qapını örtdü. Dəhlizdə xeyli rəssam var idi.

F.Xəlilov həmişə sərgi açılışı qabağı (eşitdiyimə görə hamı bilir) konyakdan 100 “vurub” “dlya smelosti”- çıxışlarını mülayim, istiqanlı yekunlaşdırırdı. Görünür,  bu dəfə dozası artıq olub. Beləcə, F.Xəlilov artıq 35 ildir ARİ-nin sədri kimi özünü əvəzolunmaz sayır, ARİ-nın nizamnaməsini gizlədib heç kimə açıqlamır və ARİ-nin seksiyaları da, o cümlədən “heykəltəraşlıq” bölməsinin sədri Xalq rəssamı Xanlar Əhmədov da 35 ildir heç bir bölmə yığıncağı, seçki hesabatı, problemlərin həlli barədə bir iş aparılmır, özləri üçün  şərait yaradıblar, nizamnamə də yaddan çıxıb, qanun qaydalar da. Necə ki, F.Xəlilov ARİ-nin qurultayı əvəzinə konfrans təşkil edib sanki öhdəliklər götürməklə onun tərəfkeşləri ARİ-nin fəaliyyətini qənaətbəxş hesab edib ona uğur arzulamaqla təkrar səs verməklə 6 dəfə əvəz olunmazlıqla seçilib ki, onun üçün də özünü əvəzolunmaz sayır, qəbul günü aylarla olmur, fironluq edir.  Lazım gəlsə, sonralar faktlarla çox şeyləri sübut etməyə faktlar var. Heykəltaraşlıq bölməsində 35 ildir seçki yığıncağı, seçki keçirmədən qanunsuz özlərini dəfələrlə seçməkləri ilə fəxri adları verdikləri təqdimatlar qeyri-qanuni olduğundan qanunla hamısı ləğv olunmalıdır və məsuliyyətə cəlb olunmalıdırlar (?)".

(Davamı olacaq)

E.ŞİRİNOV

Pin It

Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltəraş-rəssam Cümşüd Rəşid oğlu İbrahimli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini, Azərbaycan Rəssamlar İttifaqının İstehsalat-Yaradıcılıq Kombinatını, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Qurban oğlu Xəlilovu və Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Yusif qızı Məmmədəliyevanı məhkəməyə verib.

Pin It

Ermənilər bu dəfə SSR Xalq artisti, bəstəkar Cahangir Cahangiovun "Zərif gülüşlüm" əsərini oğurlayıblar.

Pin It

“… Konstitusiyada Naxçıvan Muxtar Respublikasının statusu müəyyən edilibdir. Əbədi müəyyən olunubdur - Naxçıvan Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Bu Konstitusiya ümumxalq referendumu vasitəsilə qəbul olunubdur və onu bundan sonra heç kəs poza, dəyişə bilməz.”
Heydər Əliyev
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN