booked.netbooked.net booked.net  

Azərbaycanın “Xalq yazıçısı” Anar (Anar Rəsul oğlu Rzayev) AYB-nin XIII qurultayında  keçirilən səsvermə nəticəsində növbəti müddətə AYB sədri seçilib.

Pin It

Hər bir insanın qəlbində hansısa müəllimin ömrünün bir zərrəsi var. Axı bu müqəddəs peşə insanlarıdır ki, təmənnasız olaraq ürəklərinin odunu, gözlərinin nurunu şagirdlərinə paylaya-paylaya şərəflə yaşanan ömrə imza atmış olurlar. İnsan formalaşdırmaq, gələcəyin layiqli vətəndaşını yetişdirmək kimi missiyanı yerinə yetirənlərdir ki, sevilirlər, yadda qalırlar, unudulmaz olurlar, səcdəyə layiq görülürlər. Qələndər İsgəndər oğlu Məmmədov kimi. Bu gün 80 ilə sığan şərəfli müəllim ömrü yaşamaqda olan, dəyərli ziyalı, mətin insan, sağlığında dərs dediyi şagirdlərinin, məşqiçisi olduğu idmançıların, ünsiyyətdə olduğu insanların hörmət və ehtiramını qazanmış  Qələndər müəllim kimi...

Pin It

  Qazaxıstanın paytaxtı Astana şəhəri bir növ rekorda imza atıb.

Pin It

"Mən və bacım Fidan xanım (Xalq artisti Fidan Qasımova - red.) təhsilə böyük diqqətlə yanaşmışıq.

Pin It

Səadət Sultan, yazıçı-publisist

Professor Səlim Teymurov adəti üzrə universitetin pilləkənlərini kəmhövsələsizlikdən piyada çıxırdı. Lifti gözləməyə hövsələ lazım idi. Həm də müəllim, tələbə, professor, bir sözlə, universitet heyəti  - hamı öz iş kabinetinə və auditoriyalara keçmək üçün liftlə qalxmağa tələsirdi. Bu gün mühazirənin ən maraqlı mövzularından biri idi. Teymurov tələbələri ilə görüşüb mövzunu müzakirə etmək istəyirdi.

Memarlıq və incəsənət sahəsi zahirən asan görünsə də, özünəməxsus incəliklərə malik idi. Düşüncələrindəki kiçik cizgiləri – ştrix də demək olar – sağa-sola çəkib, “Dizaynda ornamentlərin düzülüşü” mövzusunda olan sualların üzərindən yenidən keçirdi. Fikirlərlə dolu hafizəsində maraqlı bir dünya yaratmışdı. Ziyalı-professorun öz tələbələri ilə yaratdığı kiçik bir dünya...

Professor Teymurov ziyalı ailəsində dünyaya gəlmişdi. Atası Zülfüqar kişi rayonda uzun illər məktəb direktoru kimi fəaliyyət göstərib. Ad-sanı, xətir-hörməti vardı. Anası Güldəstə xanım musiqi müəlliməsi olub. Ailədə beş övlad böyüdüb Zülfüqar müəllimlə Güldəstə xanım. Professor Teymurov övladlarının böyüyü idi. Hələ kişik yaşlarında incəsənətə meylli olması onun tutduğu ömür xəttini öz axarı ilə aparırdı. Azərbaycanımızın əsrarəngiz təbiəti və füsunkar gözəlliyi ilə seçilən Qarabağda – Şuşada dünyaya göz açan Teymurovlar ailəsi bu gəncin gələcəyinə, onun tutduğu amal və istəklərinə özünün müsbət keyfiyyətləri ilə təsir göstərə bilmişdir. 

Xülasə, professor auditoriyaya daxil olur. Tələbələri onu səbrsizliklə gözləyirdi. Mühazirəyə başlamadan öncə qrup nümayəndəsini gözü ilə axtardı. Qrup nümayəndəsi Cəmilə professorun onu axtardığını sezib özü ona yaxınlaşdı:

- Müəllim, bugünkü mühazirədə hamımız sizin yeni mövzunun müzakirəsini səbrsizliklə gözləyirik. Hamı bir nəfər kimi auditoriyadadır.

- Sağol, qızım, çox sağol.

- Buyurun, professor.

Teymorovun bugünkü mühazirədə söhbət açdığı yeni mövzu incəsənətin ən maraqlı sahəsini əhatə etdiyinə görə tələbələr gözünü qırpmadan qulaq asırdılar. Mövzuya xüsusi rəng qatmışdı professor. Ümumilikdə dizayn sahəsi maraq kəsb etdiyinə görə Teymurovun buna özünəməxsus yanaşma tərzi vardı. Bir sözlə, mühazirədə müzakirə edilən və dizaynda yenilik yaradan mövzu böyük marağa səbəb olmuşdu. Tələbələr də məmnun idi, professor da...

Professorun günü həmişəki kimi auditoriyalarda mühazirə deməklə keçmiş, ara-sıra özünün digər qayğıları haqda da fikrində olanları düşüncəsindən keçirmişdi. Professorluq, institutda müəllimlik, öz sahəsi üzrə müdafiəsi, elmi dərəcəyə yüksəlişi, müxtəlif illərdə ayrı-ayrı ölkələrə işgüzar səfərləri, Rusiyada və digər Avropa ölkələrində elmi konfranslarda iştirak etməsi onu bir anlıq xatirələrə, uzaq keçmişə apardı. Bir anlıq gənclik illərini, institutda təhsil aldığı illəri, Mədəni-maarif texnikumunda müəllim kimi dizayn üzrə dərs dediyi illər, Milli Elmlər Akademiyasında kiçik elmi işçi kimi iş fəaliyyətinə başladığı zaman çərçivəsi, elmi dərəcə almaq üçün müdafiə etdiyi ərəfə və bu mükafatların əvəzində nələrə sahib olması və sair... Düşüncələrində fırlanan bu hadisələr, keçdiyi ömür yolu, elmə həsr etdiyi həyat hekayəti – bütün olanlar bir anlıq gözünün önündən gəlib keçdi. Artıq evinə çatırdı. Beşmərtəbəli evin dördüncü mərtəbəsinin birotaqlı mənzilinə daxil olduqda, həvəssiz şəkildə mətbəxə keçib çaydanı isitmək istədi.

Professorun ailəsi özü ilə yaşamırdı, onlardan uzun müddət olardı ki, ayrılmışdı. İki övladı – bir qızı və bir oğlu vardı. Qızı Səbinə uzun illərdir ki, Avropada yaşayırdı, oğlu Teymur isə Rusiyaya – qazanc dalınca üz tutmuşdu.

Professor Teymurov qaydası üzrə çaydanı isidib çay içdikdən sonra bilgisayarını açıb yarımçıq qalan elmi məqaləsini bir daha nəzərdən keçirib onu tamamlamağa çalışdı. İşlərini yekunlaşdırıb kitab rəfində olan qutuya bir daha baxmaq üçün onu aşağı endirdi. Bunca illər ərzində qazandığı elmi nailiyyətləri, yüzlərlə yetişdirdiyi tələbələr, konfranslardakı çıxışları və ən nəhayət dizayn üzrə göstərdiyi əmək qabiliyyəti və elmi fəaliyyətinə görə aldığı medalın mükafat “qutusu”na niskilli nəzərlərlə baxdı və bir anlıq aldığı mükafatın bir balaca qutuya sığdığı özünün balaca mənzili ilə müqayisə etdi... Ömrünü elmə həsr edib, sonunun tənhalıqda, kiçik, şəraitsiz mənzildə başa vuracağını heç cür zənn edib, təsəvvürünə gətirə bilməzdi...

Professor Teymurovun gözündən qeyri-ixtiyari olaraq yaş axdı...

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN