booked.netbooked.net booked.net  

Məlumdur ki, "Möhtəşəm yüz il" serialı büdcəsinin böyük bir hissəsini qəşəng kostyumlara xərcləyib.

Pin It

Aparıcı Afaq Gəncəli 7 sentyabrda 44 yaşının tamam olması münasibətilə, ona Göydən hətta sertifikatı da olan ulduz hədiyyə edildiyini bildirib. İndi özünün adına Qalaktikada ulduz olması barədə Afaq xanım paylaşım edib.

P.S. Bu yerdə ustad şairimiz Məmməd Arazın "Qoruyun dünyanı ağıllılardan" şeirindən bir bənd yada düşür:

Elə bil ağıllar dolub yelinə,

Az qala evini unuda adam.

Hamı ulduz yeyir, kişmiş yerinə,

Hamı söhbət açır Qalaktikadan.

Maraqlıdır, Afaq xanıma hədiyyə edilən ulduzun pulu kimə ödənilib? İndi də S.Ə.Şirvaninin "Allaha rüşvət" şeiri yada düşür. Görünür dünyanı başına götürən rüşvət, korrupsiya, biznes qurban olduğuma da çatıb dəə... Nə deyim vallah, Allah bu şou əhlinə ulduz yerinə bircə qram ağıl verəydi.

***

Məlumatlara görə, Cəbrayıl, Qubadlı və Zəngilanda çoxmənzilli binalar tikiləcək.

P.S. İşimiz var də, mən ölüm. Rayo n-kənd yeri hara, çoxmənzilli binalar hara? Belə gedişlə bir də görəcəyik ki, bu rayonların əhalisi də Bakıdakı kimi, tıxacın əlindən dad döyür.

***

Bildiyimiz kimi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin qərarı ilə sentyabrın 24-də jurnalistlərin 8-ci qurultayı keçiriləcək və bu qurultayda yeni sədr seçiləcək, yeni İdarə Heyəti müəyyən olunacaq.

P.S. Maraqlıdır, görəsən sədr olmasa, jurnalistlər nəsə yaza bilmir ki? Bu, bir! İkincisi, biz 30 ildir Şura hökumətindən ayrılıb, müstəqil dövlət olmuşuq. Bəs bu Şura Mətbuatından nə vaxt azad olub, jurnalistlərin müstəqilliyini bərpa edəcəyik? Üçüncüsü, jurnalistlərlə normal işləyən Media Agentliyi varsa, Şura Mətbuatı nəyə lazımdır?

***

Qəzetlərin birində ATƏT-in Minsk Qrupunun gərəksizliyindən bəhs edən yazıya belə başlıq qoyulub: " "Cəhənnəm"dəki Minsk Qrupunun "fatehəsi"ni niyə vermirik?".

P.S. Ona görə ki, bu fatehəni verə biləcək hörmətli şeyx Allahşükür Paşazadəyə İran mollalarından fətva verilməyib. Bu, bir. İkincisi, cənab şeyximizin başı Çexiyadakı biznesinə qarışdığından Minsk Qrupunun cəhənnəmə vasil olunduğundan xəbəri yoxdur.

***

Xəbər verildiyi kimi, Rusiyada yaşayan erməni milyarder Ruben Vardanyan yaşamaq üçün Xankəndinə köçüb.

P.S. Belə yerdə deyiblər e, "keçinin əcəli yetişəndə, buynuzunu çobanın çomağına sürtər". İndi bu keçi, yəni "kozyol" Rubenin deyəsən, könlünə "toçnu" "dəmir yumruq" düşüb. İnşallah bir antiterror əməliyyatı ilə bu daşnak köpək oğlunun arzusunu yerinə yetirib, "dəmir yumruğ"u başına endirərik. İnanırıq ki, bu çomağa sürtünməyə gələn "kozyol" Rubenə, cəhənnəmə gedən yolda o milyardları da kömək edə bilməyəcək.

***

Rəqqasə Oksana Rəsulova aparıcı Şəhriyar Əbilovdan boşanması barədə bir sayta belə deyib: "Təəssüf ki, çox yaxın dost olduğumuza görə, bizim münasibətlərimiz ailədən çox, dost münasibəti kimi davam edirdi. Bir neçə dəfə ailə olmağa cəhd etdik, ər-arvad olmağa çalışdıq, alınmadı. Ayrılmaq hər ikimiz üçün yaxşı oldu. Biz Şəhriyarla hazırda çox yaxın dost kimi qalırıq və həmişə oğlumuz Osmanın yanındayıq".

P.S. Allah 4-cü dəfə ərə gedib boşandığı bu Şəhriyarla dostluğunuzu, rəsmi nikahdan fərqli olaraq əbədi eləsin, Oksana xanım. Amma maraqlıdır, odla suyun dostluğu haqqında elmi araşdırmalarda, folklorda nəsə varmı? Əşi, Oksana xanım hələ gəncdir, gözəldir və bu səbəbdən 5-ci dəfə də ərə gedə bilər. Burada qəribə nə var axı? Nahaq yerə deməyiblər ki, şou əhli üçün ərin biri qaydadır, ikisi cana faydadır, üç nəsdir, dörd bəsdir, çıxdın beşə vur on beşə, ər nədir say nədir? 

***

İndi siyasətçiləri bir sual düşündürür. Britaniyanın yeni "Dəmir ledi"si Putinə "qan uddura" biləcəkmi?"

P.S. Britaniyanın yeni baş naziri Liz Trassın ilk telefon zəngini Zelenskiyə etməsi göstərir ki, yeni "Dəmir ledi" Putinə "qan uddura" bilməsə də, tüpürdüyünü yalatdıraraq, rus qoşunlarını Ukraynadan tam çıxarılmasına nail olacağı şübhəsizdir. Artıq təzəlikcə bütün Xarkov şəhəri rus işğalçılarından tamamilə təmizləndi...

***

Mətbuatdan məlum olur ki, "Tərtər işi" ilə bağlı səs-küylü həbslərin Nəcməddin Sadıxova doğru gedişi barədə şübhələr var...

P.S. Mən başa düşə bilmirəm, məgər görünən dağa bələdçi lazımdır ki?

***

Ermənilər yenə öz ampulasındadır. Belə ki, həm I, həm də II Qarabağ savaşı, həmçinin Aprel döyüşləri haqqında filmlər çəkib, guya soyqırıma məruz qaldıqlarını bütün dünyaya yayır və Beynəlxalq Festivallarda buna görə hələ mükafat da alırlar.

P.S. Əlbəttə, biz yatanda ermənilər də dünya ictimaiyyətini aldadıb saxta soyqırım haqqında filmlərlə bizləri qaniçən kimi təqdim edəcəklər və edirlər də. Bəs biz nə vaxt 30 illik işğala məruz qaldığımızı, bu illər ərzində ermənilərin törətdikləri vəhşilikləri, dağıtdıqları məscidləri, qəbirləri, tarixi və maddi mədəniyyət abidələri haqqında film çəkib yaya biləcəyik? Nə qədər ki, bütün bu vəhşiliklərə görə Ermənistanı Beynəlxalq məhkəmələrdə süründürmürük, milyardlarla dollar təzminat tələbini rəsmiləşdirmirik, ermənilər də beləcə dünya ictimaiyyətini aldatmaqda davam edəcək və bizləri erməniləri soyqırıma məruz qoyan kimi təqdim edəcəklər. Biz isə hələ ki, M.Ə.Sabirin dediyi kimi "lay-lay bala lay-lay, Yat qal dala lay-lay" halındayıq.

***

Bir saytda qeyd edilib ki, 9 sentyabr 2022-ci ildə müğənni Vəfa Şərifovanın oğul övladı dünyaya gəlib. Xəbərdə daha sonra belə qeydlər var: "V.Şərifovanın bir qız övladı da var, o qızının atasının iş adamı Famil Xəlilovun olduğunu bildirib".

P.S. Maraqlıdır, bəs dünyaya yenicə gələn bu oğul övladının atası kimdir? Ümumiyyətlə, Vəfa xanımın həyatının özü, gənc də olsa, başdan ayağa müəmmalıdır. Gah 1992-ci ildə, gah 1990-cı ildə Ağsuda, gah da 1987-ci ildə Bakıda doğulduğu barədə sosial şəbəkələrdə məlumatlar var. İndi də atasını gizlədiyi oğul övladı dünyaya gətirir. Vallah adam qalır mat-məəttəl ki, bu müəmmalar nə vaxt aydınlaşacaq? Görəsən, şou-biznes nümayəndəsi olmaq Azərbaycan mentalitetindən, adət-ənənəsindən, abır-həyadan çıxmaq deməkdir?

***

Gözəl sənətkar, milyonların sevimlisi, ecazkar səs sahibi Flora Kərimovanı təhqir etdiyinə görə verildiyi məhkəmədən qaçıb Türkiyədə, Rusiyada başını girləyən müğənni Afət Fərmanqızı, bu yaxınlarda xalqın peşəkar müğənnini sənəti ilə yox, şəxsi həyatı ilə maraqlandığını bildirərək, bir sayta belə deyib: "Doğrudur, izləyicilər daha çox müğənnilərin şəxsi həyatı ilə maraqlanır. Hansısa sənətçi peşəkar əsər belə oxusa, onu dinləmirlər, lakin qeyri-peşəkar "üç badam, bir qoz" oxuyanda qəbul edirlər".

P.S. Afət xanım bununla demək istəyir ki, guya özü peşəkar əsər oxuyur və "üç badam, bir qoz" oxumur. Belə yerdə deyiblər e, "kor kora kor deməsə, bağrı çartlayar". Rəhmətliyin qızı, indiyə qədər hansı peşəkar bir əsər və ya sənət ortaya qoymusan ki, xalqı peşəkarı qəbul edə bilməməkdə günahlandırırsan? Nahaq yerə deməyiblər ki, xalqın gözü tərəzidir. Xalq sənin "üç badam, bir qoz" oxuduğunu da və peşəkar sənət əsərlərini ortaya qoyan karifey sənətkar Flora Kərimovanı da yaxşı tanıyır. Amma görünür Afət xanım hələ özünü yaxşı tanıya bilmir. Tanısaydı, olmayan səsi, sənəti ilə səhnəyə çıxmağı özünə ar bilərdi.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində ikiaylıq “Zəfərnamə”: Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi” kreativ layihəsini həyata keçirməyə başlayıb.

Pin It

Qarabağ uğrunda 44 günlük savaşda şəhid olmuş 9 şuşalı gənc qəhrəman haqqında sənədli filmlərin çəkilməsi planlaşdırılıb.

Pin It

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, türk yazıçısı Orxan Pamuk “Kağız oyunçuları” adlı yeni romanının ictimaiyyətə təqdim edilməsi hazırlığında olduğunu açıqlayıb.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN