booked.netbooked.net booked.net  

...Kənardan tələskən adam təəssüratı yaratsa da, əslində çox təmkinli və səbrlidir.
Pin It

Şəbnəm Tovuzlu Dünya TV-də aparıcılıq edən Samirin müğənni Vəfa Şərifovanı efirə çağırması üçün cibinə pul qoyduğunu açıqlayıb.

Pin It

Parisdə “Village Suisse” incəsənət şəhərciyində tanınmış rəssam, “Toile d’Or” (Qızıl kətan) mükafatçısı Nigar Nərimanbəyovanın təşkilatçılığı ilə azərbaycanlı rəssamların əsərlərindən ibarət “Xəyal tətili” adlı sərginin açılışı olub.

Pin It

Bu gün unudulmaz sənətkarın anadan olmasından 71 il ötür.

Pin It

Dünən Astara rayonunda tarixi romanlar  yazarı, publisist Yunus Oğuzun  şəhid  ailələri  və  qazilərlə  görüşü  keçirilib.  Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş,  44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın -"Cığır"in  da müzakirə olunduğu tədbirdə icra hakimiyyətinin məsul işçisi Fəhmin Qurbanov və Astara rayonu Şüvü kənd kitabxana filialının müdiri Ceyhun Babayev iştirak ediblər. Tədbirdə Vətən müharibəsi qəhrəmanı şəhid Əli  Feyziyevin anası Rəvayət Feyziyeva, Vətən müharibəsi qəhrəmanı şəhidinin  bacısı Aysel Əkbərova və Vətən müharibəsinin qaziləri iştirak ediblər. Tədbirin aparıcısı Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov  Yunus Oğuzun həyat və yaradıcılığı haqqında iştirakçılara,  şəhid  ailələri və  qazilərə məlumat verdikdən sonra  qonaqlar "Cığır"  romanı haqqında fikirlərini səsləndiriblər. Tədbirin sonunda  şəhid  və  qazi  ailələrinə   "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.

*** 

Yunus Oğuz məhsuldar yaradıcı fəaliyyəti ilə bir çoxlarına nümunədir. Onun tarixi romanları Azərbaycanın keçmişinə işıq salan bəddi nümunə kimi yüksək qiymətləndirilir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN