booked.netbooked.net booked.net  

Şəbnəm Tovuzlu Dünya TV-də aparıcılıq edən Samirin müğənni Vəfa Şərifovanı efirə çağırması üçün cibinə pul qoyduğunu açıqlayıb.

"Elə bilirlər ki, Vəfa ilə mən eyni bəylə evliyik. Onun həyat yoldaşı başqa, mənimki başqa adamdır. Şou-biznes hər ikimizin yoldaşını tanıyır. Səhv salmayın".

TEZADLAR.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu Tarix Əliyevin "Tam səmimi" proqramında deyib. O, ifaçı Vəfa Şərifova ilə aralarında yaşanan qalmaqaldan danışıb. O bildirib ki, keçmiş sevgilisi ilə ailə quran Vəfa ona haqsızlıqlar edib:

"Bəzən yazırlar ki, səni atdı getdi Vəfaya? Məcbur olub açıqlama verdim ki, ayrı-ayrı insanlardır. Yeri gələndə Vəfaya məsləhət də vermişəm. Özü dansa da, olub. Hətta Dünya TV-dəki aparıcı Samirin cibinə pul qoymuşam ki, Vəfanı efirə çağır. Həyat yoldaşım mənə mahnı almışdı, verdim ona. İlk mahnısın da mən verdim. Sən mənə qulaq asa-asa oxumaq öyrənmisən. Danmaq olmaz, sənə pis olmuşam? Vəfa bizim evimizə gəlib, çörək kəsib. Yoldaşım etiraz etdi ki, kimdir bizim evimizə gəlir, nə işi var evimdə? Uşağıma aldığı boyunbağını da taxmağa qoymadı. Qəlbinə gəldi ki, başqa insanladırsa, niyə evimizə gəlməlidir?".

Şəbnəm "Vəfanın həmin şəxslə ailə qurmasında rolun olub. Səndən maraqlananda onu ağıllı xanım kimi təqdim etmisən" sözlərinə belə reaksiya verib:

"Çox təriflədim. Bunları demir... Özü də mənə deyirdi ki, yaxşıdırsa, sən niyə uzaq durdun? Cavab verdim ki, həyatımı qurmuşam, xoşbəxtəm, bətnimdə övladım var. Bəzi şeyləri qəbul etmirəm. Get ağlını istifadə et, xoşbəxt ol. Yetimçiliklə böyümüsən. Bir həftə keçdi efirdə haqqımda xoşagəlməz sözlər dedi".

Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla münasibətdədir. Onların bir qız övladı var. Hazırda Vəfa ikinci övladına hamilədir. İş adamının adı Vəfadan əvvəl Şəbnəmlə hallanırdı. 

Videonu izləmək üçün aşağıdakı linkə daxil olun:

https://ok.ru/video/4090317572820

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN