Prezident Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının paytaxt Tbilisidə keçirəcəyi genişmiqyaslı mitinqindən əsəbləşib və sərt tənqid edib.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Prezident Zurabişvili “X” platformasındakı paylaşımında "dövlət qulluqçularının avtobuslara doldurularaq hakim partiyanın qərarlarını alqışlamaq üçün Tbilisiyə gətirildiyini" qeyd edib. Prezident paylaşımında qeyd edib. Sitat: “Dünən “Rusiya qanunu”na qarşı və Gürcüstanın Avropa gələcəyinə kütləvi etirazların 15-ci günü idi. Bu gün “Putin tipli” aksiya: hakim partiyanın qərarlarını dəstəkləmək üçün dövlət qulluqçularını Tbilisiyə “avtobusla” aparırlar. Əsl Gürcüstan azad Gürcüstandır! Bu isə Avropa Gürcüstanıdır!”.

Tezadlar.az xatırladır ki, hakim “Gürcü Arzusu” partiyası dünən axşam saatlarında Tbilisidə parlament binası qarşısında 100 mindən çox vətəndaşın iştirakı ilə mitinq keçirib. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN