Qazaxıstan hakimiyyəti keçmiş daxili işlər naziri Erlan Turqumbayevi 2022-ci ildə baş verən kütləvi iğtişaşlarla əlaqədar saxlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu bildirib.
Qeyd olunur ki, Turqumbayev ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir. Lakin digər istintaq məlumatları məxfilik səbəbindən açıqlanmır.
Turqumbayev 2019-2022-ci illərdə Qazaxıstan Daxili İşlər Nazirliyinə rəhbərlik edib.
Xatırladaq ki, 2022-ci ilin yanvarında Qazaxıstanda kütləvi iğtişaşlar baş verdi, prezident Kasım-Jomart Tokayev onları çevriliş cəhdi adlandırdı və kömək üçün KTMT-yə müraciət etdi. İğtişaşlar zamanı 238 nəfər ölüb, 4,5 mindən çox insan yaralanıb.
E.ŞİRİNOV