Ötən gün Ukrayna və ABŞ hakimiyyəti Kiyevin təhlükəsizliyinə təminat verilməsi üzrə danışıqların üçüncü mərhələsi başa çatıb...
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenskinin ofisində məlumat verilib. Sitat: “Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ikitərəfli təhlükəsizlik sazişinin bağlanmasına hazırlıq məqsədilə ABŞ ilə danışıqların üçüncü mərhələsi keçirib”.
Prezidentin idarəsi qeyd edib ki, tərəflər saziş layihəsinin mətnindən danışaraq, sənədin əsas müddəalarının razılaşdırılmasında əhəmiyyətli irəliləyişləri qeyd ediblər və gələcək fəaliyyətlər üçün alqoritmdə düzəlişlər ediblər. A. Yermakın sözlərinə görə, sənəd Ukrayna Silahlı Qüvvələrinin müdafiə qabiliyyətini gücləndirmək üçün Kiyev və Pentaqon arasında uzunmüddətli əməkdaşlıq üçün möhkəm əsaslar qoyacaq.
İndi Ukraynada da hamı Bayden administrasiyasının qərarını gözləyir...