booked.net booked.net  

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tanınmış alim Abbas Fəttah oğlu Zamanovun doğum günüdür. Tezadlar.az bildirir ki, Abbas Zamajov 1911-ci il oktyabrın 10-da Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Sabiq təhsil naziri Misir Mərdanov özünün sosial platformasında Abbas Zamanov barədə xatirəsindı belə yazır: "...Abbas müəllimi Universitetdə işlədiyim dövrdən tanıyırdım. O, Azərbaycanın çox dəyərli ziyalılarından biri idi, vaxtilə ermənilərin Naxçıvanla bağlı hiylələrinin qarşısını almaq üçün özünü oda-alova atmış insan idi. Sovet hökumətinin vaxtında o, bu məsələni qaldırmışdı. Məhz onun atdığı addım nəticəsində bu gün Naxçıvan Muxtar Respublikasında ciddi problemlər yaranmayıb. O, eyni zamanda tanınmış bir alim idi. 1960-cı illərdə ermənilərə qarşı çıxışına görə ona cəza verdilər, onu Kommunist Partiyasının üzvlüyündən və universitetdən çıxartdılar. Amma sonrakı illərdə Abbas Zamanov universitetdə və bütövlükdə Azərbaycanda böyük hörmət sahibi idi. Allah rəhmət eləsin".
Bəli, yaxşılar, yaxşı əməl sahibləri heç vaxt unudulmur...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN