Ukrayna Silahlı Qüvvələrinin komandanlığı iki briqadadan ibarət bölmələri Donetsk cəbhəsindən Xarkova köçürüb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Pais” qəzeti Ukrayna hərbçilərinə istinadən yazır.

Məqalədə bildirilir ki, Xarkov vilayətində döyüşlərdə iştirak edən ukraynalı əsgərlər ehtiyatda olan batalyonların ora köçürüldüyünü təsdiqləyirlər.

Həmçinin, Donetsk cəbhəsində döyüşən ən azı iki briqadanın bölmələri ora köçürülüb, - “RİA Novosti” xəbər verir.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ehtiyat hissələrinin Xarkov vilayətinə göndərilməsi barədə məlumat yayıb.

Bu arada Qərb mediası yazır ki, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatlarının köçürülməsi ilə əlaqədar cənubda boşluqlar açılıb və bu, Rusiya Silahlı Qüvvələrinin Donbasda irəliləməsinə şərait yaradıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN